12px13px15px17px
Tarix:17/04/14

“Heartbleed” boşluğundan istifadə etmiş ilk haker həbs edilib

Kanada polisi “Openssl” şifrləmə protokolunda “Heartbleed” boşluğundan istifadə etmiş 19 yaşlı kanadalı haker Arturo Solis-Reyesi həbs edib. Bu barədə “Calgary Herald” yazıb.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, o, bu boşluq haqqında informasiya yayıldıqdan sonra Kanada Gəlirlər Agentliyinin saytına müdaxilə edib və 900 vergi ödəyicisinin məxfi maliyyə məlumatını ələ keçirib. 5 gün sonra haker Solis-Reyes tutulub. O, hazırda kompüterə icazəsiz giriş və informasiyadan cinayətkar məqsədlərdə istifadə üzrə təqsirli bilinir. İyulun 17-də haker Ottava şəhərində məhkəmədə hakimlərin qarşısına çıxacaq.
 
“Openssl” şifrləmə protokolunda “Heartbleed” boşluğu barədə aprelin 9-da məlum olub. Bu barədə “Google” şirkətinin əməkdaşlarından biri məlumat verib. Hakerlər boşluq sayəsində hesab parollarına, şəxsi məlumatlara, elektron məktublara və bank hesablarına giriş əldə edə bilərlər. Dünyada mövcud serverlərin təxminən 66%-də “Openssl” texnologiyası istifadə olunur, ona görə “Heartbleed” son vaxtlar ən təhlükəli boşluqlardan sayılır. Məsələn, “Twitter”, “Flickr”, “Dropbox Steam”, “Yahoo!” kimi böyük xidmətlər, həmçinin “Microsoft” və “Apple”ın saytları zərbə altına düşə bilərlər.
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Noyabr 2018

12 11 2018

12/11/18
Yeni günəş panelləri artıq istiliyi kosmosa göndərəcək

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları Günəşdən işıq toplayaraq onu elektrikə çevirən 

12/11/18
2030-cu ildə təqdim ediləcək “6G” şəbəkəsində sürət 1 TB/s-yə yaxınlaşacaq

“5G” şəbəkəsinin aktiv kommersiya istismarı 2019-cu ilə planlaşdırılıb. Artıq yeni nəsil şəbəkəsini dəstəkləyən 

12/11/18
Parkinson xəstəliyinin müalicəsi üçün ilk dəfə gövdə hüceyrələri tətbiq edilib

Yaponiyanın Kioto Universitetinin alimləri Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş 

12/11/18
“Facebook” geoməkan üzrə dostların axtarışı sisteminə patent almaq üçün müraciət edib

“Facebook”un rəhbərliyi sosial şəbəkə istifadəçiləri tərəfindən geoməkan üzrə dostların axtarışı texnologiyasına 

12/11/18
“Apple” şirkəti “MacBook Pro 13” və “iPhone X” qurğularında aşkar edilmiş nasazlıqlar haqda məlumat verib

“Apple” şirkəti “MacBook Pro 13” noutbukları və “iPhone X” smartfonlarında aşkar edilmiş bir sıra nasazlıq 

12/11/18
İnsan sifətli köməkçi robot hazırlanıb

İsveçin “Furhat Robotics” startapı realistik insan sifətinə malik insanabənzər səsli köməkçi funksiya 

12/11/18
Virtual televiziya aparıcısı təqdim olunub

"Sinxua" informasiya agentliyi Çinin “Sogou” şirkəti ilə birgə dünyada süni intellekt əsasında işləyən 

12/11/18
Sosial şəbəkələr sağlamlıq üçün təhlükəlidir?

ABŞ-ın Pensilvaniya Universitetinin psixoloqları sosial şəbəkələrdə çoxlu vaxt keçirilməsinin tənhalıq