waplog

“Nokia” şirkətinin “Windows Phone” platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb


“TechCrunch” bloqu yazıb ki, Finlandiyanın “Nokia” şirkətinin “Windows Phone” (WP) platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb.

Kağız təyyarələri smartfonla idarə etmək mümkün olacaq


Hər bir kəsə kağız təyyarələr məlumdur. Bəs əgər kağız təyyarənin uçuşunu idarə etmək üçün elektronikadan istifadə edilsə necə? “Kickstarter”da “PowerUp” layihəsi məhz buna həsr edilib.

“Geeksphone” şirkəti "Android” və “Firefox OS” sistemlərini bir smartfonda birləşdirib


“Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olan İspaniyanın “Geeksphone” şirkəti “Revolution” adlı yeni smartfon modelini nümayiş etdirib. Smartfon yüksək məhsuldarlığa malik prosessorla təchiz edilib, eləcə də "Android” əməliyyat sistemi ilə yüklənə bilir.

“Vertu” şirkətinin yaradıcısı bahalı smart saatlar hazırlayır


“Vertu” bahalı smartfon brendinin əsasını qoymuş, “Nokia” şirkətinin keçmiş dizayneri Frenk Nuovo “MetaWatch” şirkəti ilə birgə smart saatın hazırlanması ilə məşğul olacaq. Qurğunun 2014-cü ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir.

Mühafizəçi robot təqdim olunub


Əfsanəvi "Ulduz müharibələri" fantastik filminin pərəstişkarları “Nightscope” şirkəti alimlərinin hazırlamasını yəqin qiymətləndirəcəklər. Şirkət kütlənin qarşısına ən yeni hazırlaması – görünüşcə məşhur astromexaniki “R2-D2” droidinə oxşar mühafizəçi robotu çıxartmağa hazırlaşır.

“Apple” nəhəng monoblok fərdi kompüter istehsalçısı olub


“Digitimes Research” şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə “iMac” kompüterini yeniləyən “Apple” şirkəti böyük töhfə verəcək. 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır.

“Huawei” radio avadanlıqları bazarında liderlik edir


Çinin “Huawei” şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə dünya bazarına simsiz rabitə şəbəkəsi üçün radio çıxış avadanlığının tədarükündən əldə olunan gəlirə görə liderlik edir. Bu barədə “ABI Research” analitik şirkətinin məlumatlarında deyilir.

2013-cü ildə planşetlər tədarük həcminə görə noutbukları üstələyəcək


“Strategy Analytics” şirkəti analitiklərinin proqnozuna görə, 2013-cü ildə planşet kompüterlər illik tədarük həcminə görə portativ kompüterlər bazarı tarixində ilk dəfə lider olacaq.

Yaponiyada smartfonun işini hərəkət zamanı bloklayan mobil tətbiq hazırlanıb


Yaponiyanın “Docomo” mobil operatorunun smartfonlar üçün hazırladığı xüsusi tətbiqi aktivləşdirdikdə aparatdan hərəkət zamanı istifadə mümkün olmur.

Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilməməsindən şikayətlənib


ABŞ prezidenti Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilmədiyinə görə şikayətlənib. “The Verge” nəşri yazır ki, dövlət başçısı bu haqda Ağ Evdə gənclərlə görüş zamanı “Obamacare” proqramı haqqında çıxış edərkən deyib.

Mobil telefonlar elektronika bazarının ən böyük seqmentinə çevriləcək


“IC Insights” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünyada istehsal edilmiş müxtəlif elektron məhsulların ümumi qiyməti 4% artaraq 1,41 trilyon ABŞ dolları, 2017-ci ildə isə 1,74 trilyon dollara çatacaq. 2012-ci ildə bu göstəricinin 1,36 milyard dollar səviyyəsində olmasına nəzər alsaq, yuxarıda göstərilmiş dövrdə elektronika bazarının orta illik artım sürəti 5% təşkil edəcək.

Dünyanın ilk smart eynəyi satışa çıxarılıb


“Vuzix” şirkəti dünyada ilk smart eynək istehsal edən şirkət kimi tarixə adını yazdırıb. “M100” modelinin qiyməti 1000 dollardır və artıq xaricdə satışa çıxarılıb. Daha öncə bu qurğunun imkanlarını yalnız istehsalçılar sınaqdan keçirmək imkanına malik idilər, hazırda “Vuzix M100” cihazı hər kəs üçün əlçatandır.

Ən populyar brend hansıdır?


Yeni il hədiyyəsi kimi smartfon, planşet, “mp3” pleyer və ya televizor qurğusu seçən istehlakçılar üçün “Apple” ən arzu olunan brenddir. Hazırda şirkət həm də masaüstü kompüter bazarında lider olub.

Üçüncü rübdə routerlərin satış həcmi rekord təşkil edib


“International Data Corporation” (IDC) analitik şirkətinin məlumatına görə, 2013-cü ilin üçüncü rübünün yekununa əsasən, qlobal “Ethernet” kommutator (Layer 2/3) bazarının həcmi 6,5% artaraq 5,66 milyard dollar olub. Bu ilin ikinci rübü ilə müqayisədə artım 5,2% olub.

2017-ci ildə sürücüsüz avtomobillər real olacaq


2017-ci ildə Geteborq şəhərinin yollarında insan müdaxiləsi olmadan hərəkət edə bilən təxminən 100 maşın istifadəyə veriləcək. Sözügedən təcrübi layihə robot maşınların faydasını və istehlakçıların onlara münasibətini müəyyənləşdirməyə imkan verəcək.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL