waplog

“HP” iki modellə smartfonlar bazarına qayıdıb


ABŞ-ın “HP” şirkəti inkişaf etməkdə olan ölkələrin istehlakçıları üçün nəzərdə tutulan və “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “HP VoiceTab Slate6” və “HP VoiceTab Slate7” modelləri ilə smartfonlar bazarına qayıdır. Bu barədə şirkətin məlumatında deyilir.

Superkompüter beynin 1 saniyəlik iş modelini hazırlayıb


İnsan beyninin fəaliyyətinin modelləşdirilməsi üzrə ən mürəkkəb və dəqiq sınaqlar Yaponiyanın “K Supercomputer” superkompüterində həyata keçirilib. Beynin fəaliyyətinin 1 saniyəsini təsvir etmək üçün dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən “K Supercomputer” 40 dəqiqəlik hesablama aparıb.

215 dollarlıq “Oppo Neo” smartfonu təqdim edilib


“Oppo” şirkəti “Neo” adlı növbəti ucuz smartfonunu təqdim edib. Qiyməti 215 dollardır.

“ZTE” bu il 60 milyon smartfon satmaq niyyətindədir


Çinin “ZTE” smartfon istehsalçısı bu il dünya üzrə 60 milyon smartfon satmağı planlaşdırır, halbuki şirkətin ötən il satış həcmi bu rəqəmdən iki dəfə az olub.

Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradılıb


“Google” şirkəti “Google Glass”a oxşar yeni məhsul prototipini təqdim edib, lakin o, kütləvi və kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

“CES 2014” sərgisində təqdim olunan cihazlar (FOTOLAR)


Yanvarın 10-da ABŞ-ın Las-Veqas şəhərində hər il keçirilən “CES” elektronika sərgisi öz işini dayandırıb. İstehsalçıların sərgidə nümayiş etdirdikləri qurğular qarşıdakı on bir ay ərzində satışa çıxarılacaq.

“Intel” 10 yeni mobil prosessor təqdim edib


“Intel” şirkəti portativ kompüterlərdə istifadə üçün nəzərdə tutulan on yeni mobil prosessor təqdim edib.

“Microsoft” süni intellekt sisteminə malik lift nümayiş etdirib


“Microsoft” korporasiyasının “Microsoft Research” tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. “Microsoft Research” bölməsinin rəhbəri Piter Li “Bloomberg TV” telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.

“Huawei” yeni smartfon buraxıb


“Huawei” şirkəti 2014-cü ilə böyük ümidlər bağlayır. Çin şirkəti yeni ildə “Ascend P6” modelinin yeni versiyasını buraxıb. Smartfonun adına S hərfi əlavə edilib, aparatın dizaynı əvvəlki kimi saxlanılıb, bu halda aparatın qalınlığı 0,3 mm artıb.

“5G” şəbəkələri avtomobillərdə tətbiq ediləcək


İsveçin şəbəkə aparat təminatı istehsalçısı “Ericsson” şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək bəzi qabaqcıl avtomobil modellərində quraşdırılmış kompüterlərin işi üçün “5G” şəbəkəsi tələb olunacaq.

“Sony” şirkəti “Xperia Z Ultra” planşetini təqdim edib


“Sony” şirkəti “Xperia Z Ultra” planşetini təqdim edib. Qurğu yalnız “Wi-Fi” modulu ilə təchiz edilib. Aparat yanvarın 24-də 500 dollar məbləğində satışa çıxarılacaq.

Alimlər məhsulların yararlılıq müddətinin sonu haqqında xəbərdarlıq edən çip yaradıblar


“The Daily Mail” nəşri Lordlar Palatası yanında Avropa Şurasının İşlər üzrə Komitəsindən baronessa Rozalinda Skotta istinadən yazır ki, alimlər tez xarab olan məhsulların yararlılıq müddətinin sonu haqqında xəbərdarlıq edən çiplər yaradıblar.

“Samsung” yeni düyməsiz smartfonunu patentləyib


“Samsung” şirkəti ABŞ-da yeni düyməsiz smartfon nümunəsinə patent alıb. “Phone Arena” saytı yazır ki, Cənubi Koreya istehsalçısına müvafiq sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosu tərəfindən verilib.

“Galaxy S4” smartfonunun “xanım” variantı


“Samsung” şirkəti “Twitter” mikrobloqunda “Galaxy S4” smartfonunun “qadın” variantının fotosunu dərc edib. Aparat fərqli rəng çalarından başqa, “La Fleur” xətti üçün ənənəvi qrafik tərtibata sahiblənib. Smartfonun satışa çıxarılma tarixi və onun qiyməti hələ ki məlum deyil.

Məktəblilər üçün toz və su keçirməyən planşet təqdim edilib


“Bett 2014” təhsil texnologiyalarının sərgisi çərçivəsində “Intel” şirkəti “Intel Education Tablet” yeni məktəb planşeti və “Intel Classmate PC” netbukunu təqdim edib. Aparatların konstruksiyası möhkəmdir, toz və su keçirmir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL