waplog

“Apple” şirkəti “iPhone” və “iPad” üçün yeni həllər hazırlayır


“ICTnews” xəbər xidmətinin  “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bazarda bir sıra keyfiyyətli obyektivin olmasına baxmayaraq onların heç biri smartfonlara uyğun gəlmirdi, buna görə də istehsalçılar işığa həssas matrisaların dərəcəsini artırırlar, lakin balaca obyektiv bütün bu cəhdlərin hamısını neqativə çevirir.

2000 min dollarlıq “Gresso Azimuth” smartfonu nümayiş etdirilib


Bahalı mobil telefon istehsalçısı “Gresso” şirkətinin çeşidində iki SİM kart dəstəkləyən birinci model nümayiş etdirilib, qiyməti 2000 dollar təşkil edir.

“Thunderbolt 2” interfeysi təqdim olunub


“National Association of Broadcasters 2014” sərgisində “Intel” şirkəti yeni drayverlər sayəsində kompüterlər arasında məlumatların birbaşa ötürülməsini dəstəkləyən “Thunderbolt 2” interfeysini nümayiş etdirib.

Smartfonları 30 saniyə ərzində enerji ilə yükləmək mümkün olacaq


Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin “StoreDot” startapı müasir dövrün aktual problemini – smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyni adlı qurğusunu təqdim edib.

Fransa və İtaliya ekzoskelet hazırlayacaq


“Safran” şirkətlər qrupuna daxil olan “Sagem” şirkəti İtaliyanın “SantAnna School of Advanced Studies of Pisa” Universitetinin tərkibinə daxil olan “Perceptual Robotics Laboratory” laboratoriyası ilə birgə ekzoskeletin hazırlanmasına dair saziş imzalayıb.

“Samsung” şirkəti “Galaxy Ace Style” smartfonunu təqdim edib


“Samsung” şirkətinin yeni “Galaxy Ace Style” smartfonu qeyri-tələbkar istifadəçilər üçün nəzərdə tutulub.

Mobil telefonların imkanları daha da artacaq


“Qualcomm” şirkəti “Qualcomm Snapdragon 808” və “Qualcomm Snapdragon 810” 64 bitlik mobil prosessorlarını nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni mobil prosessorlar hazırda mobil elektronika bazarında ən yüksək məhsuldarlıq səviyyəsi göstərir.
 

“Oppo Find 7a” smartfonu nümayiş etdirilib


Çinin “Oppo” şirkətindən bildirilib ki, yeni “Oppo Find 7a” smartfonunu beynəlxalq bazara çıxararaq ABŞ və Avropa sakinlərindən ilkin sifarişlərin qəbuluna başlayır.

Dünyada ilk DDR4 əməli yaddaş modulu nümayiş etdirilib


Yaddaş modullarının istehsalı ilə məşğul olan “SK hynix” şirkəti 128 QB həcmində dünyada ilk DDR4 əməli yaddaş modulunu nümayiş etdirib. Öncə yaddaş modulu server sistemlərində istifadə ediləcək.

Daha sürətli və etibarlı sərt disk istehsal edilib


“Seagate” şirkətinin sərt disk xəttinə həcminə, sürətinə və etibarlılığına görə yüksək göstəricilərə malik yeni qurğu əlavə edilib.

“Sony Xperia Z2” dünyanın ən yaxşı kamerofonudur


“DxO Labs” mütəxəssisləri smartfonların foto imkanlarını araşdıraraq belə nəticəyə gəliblər ki, bu yaxınlarda nümayiş etdirilmiş “Xperia Z2” smartfonu hazırda ən yaxşı kamerofondur. Aparat testlərdə 79 bal toplayaraq  əvvəlki lider – “Nokia 808 Pureview” smartfonunu ötüb. “Sony Xperia Z1” reytinqdə üçüncü olub.

Sinqapurda ağacdan noutbuk hazırlanıb


Sinqapur dizaynerləri qeyri-adi noutbuk hazırlayıblar. Belə ki, korpusu təbii ağacdan ərsəyə gətirilən qurğu ekoloji təmiz kompüterlər sinfinə aid edilir və dünyanın ilk “yaşıl” kompüteri statusunu alıb.

2015-ci ildə günəş təyyarəsi dünyanı fəth edəcək


İsveçrədən olan komanda 2015-ci ildə günəş batareyası ilə işləyən təyyarənin köməyi ilə dünyanı fəth etməyi planlaşdırır.

İki əməliyyat sistemli smartfon satışa çıxarılıb


Avropa ölkələrində iki – “Android” və “Firefox OS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Revolution” smartfonunun satışlarına başlanıb. Qurğunu Almaniya, Fransa, İspaniya və Böyük Britaniya bazarlarından əldə etmək olar.

“Lenovo” şirkəti 130 dollarlıq 8 nüvəli “Golden Warrior S8” smartfonunu hazırlayır


130 dollar məbləğində satışa çıxarılacaq “Golden Warrior S8” smartfonunun xüsusiyyətləri internetə sızıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217
NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL