waplog

ABŞ KİV və kino sənayesinin pilotsuz uçan aparatlardan istifadəsini müzakirə edir


ABŞ hakimiyyəti kütləvi informasiya vasitələrinin, eləcə də kinofilmlərin çəkilişi üçün pilotsuz uçan aparatlardan istifadəni müzakirə etmək niyyətindədir. Bu barədə ABŞ Federal Aviasiya İdarəsi açıqlama verib.

“Dell” şirkəti 20 düymlük ekranla təchiz edilmiş planşet nümayiş etdirəcək


“Dell” şirkəti “Computex” sərgisi çərçivəsində bir sıra qurğular təqdim edib. Ən qəribə qurğulardan biri 19,5 düymlük HD ekranla təchiz edilmiş “Inspiron 20” planşetidir. Modelin qiyməti 450 dollar təşkil edəcək.
 

“Vertu” şirkəti “Signature Touch” qabaqcıl smartfonunu nümayiş etdirib


“Vertu” şirkəti “Signature Touch” bahalı smartfonunu nümayiş etdirib.

“Sony Xperia T3” smartfonu təqdim olunub


Yaponiyanın “Sony” şirkəti 5,3 düym diaqonallı dünyanın ən nazik smartfonu kimi qələmə verilən “Xperia T3” modelini təqdim edib. Model orta texniki xarakteristikalara malik olsa da, polad dizaynda hazırlanıb və arxa qapağı donuq materialdandır. 

“Tizen” sistemli ilk televizor nümayiş edilib


Cənubi Koreyanın “Samsung” sirkəti “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk genişformatlı televizorunu təqdim edib. Nümayiş olunan model prototipdir və hələlik satışa çıxarılmayıb.

“Intel” 2016-cı ildə simsiz fərdi kompüterlərin istehsalına söz verib


“Intel” şirkəti fərdi kompüterləri naqillərdən tamamilə xilas edəcək texnologiyalar üzərində işləyir. Bu haqda “Computex” sərgisində korporasiyanın vitse-prezidenti Kirk Skauqen deyib. O əmindir ki, sözügedən kompüterlər artıq 2016-cı ildə bazarda satılacaq.

Elastik batareyalı qayış daşınan elektronikanın avtonom iş vaxtını artıracaq


Saatlar, qolbaqlar və başqa daşınan elektronika “ağıllanır”: artıq bu tip cihazlara kamera və ürək döyüntüsü ötürücüləri quraşdırılır, nəticədə enerji daha çox sərf olunur. Amma akkumulyatorun tutumu barədə eyni sözləri demək olmaz. “ProLogium” şirkəti enerjinin çatışmazlığı problemini aradan qaldırmağa qərar verib və “Computex 2014” sərgisində elastik batareyalı qayış göstərib ki, nəticədə cihazın avtonom iş vaxtı 2 dəfə artacaq.

Bakının bəzi yollarında “ağıllı” radarlar quraşdırılıb


Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxt ərazisində sürət həddini ölçən kifayət qədər radar olmasına baxmayaraq, bəzi sürücülər həmin radarlara az qalmış sürət həddini aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən sürətdən artıq sürətlə idarə edirlər:

“Microsoft” 200 dollarlıq “Windows” smartfonları istehsal edəcək


“Microsoft”un qurğu istehsalçıları ilə əməkdaşlıq üzrə direktoru Nik Parker deyib ki, “Windows Phone” əməliyyat sistemi ilə işləyən smartfonlar bazara 100-399 dollar qiymətinə çıxarılacaq.

“Sony” şirkəti “SmartBand” qolbağını buraxıb


“Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlayıb. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.

“Google” şirkəti “Tango 3D” planşetini nümayiş etdirib


Cari ilin fevralında “Google” şirkəti “Tango” layihəsi çərçivəsində yaradılmış smartfonun eksperimental nümunəsini nümayiş etdirib.

Yaponiya şirkəti emosiyaları ifadə edən robot-köməkçi yaradıb


Yaponiyanın “SoftBank” korporasiyası 2015-ci ilin əvvəlində emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə yetirən insanabənzər robotu bazara çıxarmağı planlaşdırır.

Smartfonların ekranı daha elastik və möhkəm olacaq


Məlumdur ki, smartfon beton səth üzərinə düşdükdə cihazın ekranı zədələnə bilər. ABŞ alimlərinin yeni həlli bu problemi aradan qaldıracaq.

Hindistan şirkəti Avropa bazarına ucuz smartfon çıxarıb


Hindistanın “Xolo” şirkəti “Q1200” cihazını Avropa bazarına çıxarır. Artıq sabahdan 175 dollara açıq satışda olacaq.

“iPhone 6” smartfonunun korpusunun şəkilləri nəşr edilib


Qlobal şəbəkədə Fransanın “Nowhereelse.fr” bloqunda yenilənmiş “iPhone 6”-nın korpusunun şəkilləri təqdim edilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL