waplog

Robot nərdivana dırmaşacaq? (VİDEO)


Nərdivana dırmaşmanı mümkün edən əsas texnologiya Muscle Corporation şirkətinin CoolMuscle 2 servomühərriklərinin inteqrasiya edilmiş sistemidir. İnsanaoxşar robot hərəkət üçün 5 mühərrikdən istifadə edir. Robotun nərdivana qalxma prosesi insanla müqayisədə çox ləngdir.

Nokia şirkəti işdən çıxarılmış rumıniyalılara ucuz smartfonlar hədiyyə edib


Romania Business Insider xəbər verib ki, Nokia şirkəti Ruminiyanın Kluj şəhərindəki zavodu planlaşdırdığından 1 ay tez bağlamağa qərar verib. 500 əməkdaş keçən cümə günü işdən çıxarılıb, qalan 1830 əməkdaş isə bu gün işindən məhrum olacaq. Finlandiya korporasiyası öz sabiq işçilərinə büdcəyə uyğun Nokia 500 smartfonlarını hədiyyə etməyə qərar verib.

İstifadəçilərin çox hissəsi internetə vaxt keçirməyə görə daxil olurlar


“Pew İnternet & American Life Project”-ın tədqiqatına əsasən, amerikalıların çox hissəsi vaxtaşırı internetə sadəcə vaxt keçirməyə görə daxil olurlar.ABŞ-da həddi-büluğa çatmış veb-istifadəçilərin təxminən dörddə üçü vaxtaşırı internetə əyləncə üçün daxil olur. Tədqiqatçılar "əyləncə" dedikdə nəyi nəzərdə tutduqlarını qeyd etməyiblər:

Gözlərin hərəkəti vasitəsilə smartfonu idarə etmək mümkün olacaq


Danimarkanın “Senseye” şirkəti istifadəçinin mobil qurğularla qarşılıqlı əlaqəsi sahəsində inqilab etməyə hazırlaşır. “Startap” gözlərin hərəkəti vasitəsi ilə smartfonun interfeysini idarəetmə sistemini hazırlayıb. “The Next Web” xəbər verib. Yeniliyi “HTC Desire” smartfonunda test ediblər.


“Microsoft” oyun bazarını da ələ alıb


“Microsoft” korporasiyası 2011-ci ili oyun konsolları bazarında lider olaraq başa vurub. “Wedbush”-un analitiki Maykl Patçerin məlumatına əsasən, noyabr ayında 144 milyon “Xbox 360” qurğusu satılıb. Bu seqmentdə “Microsoft”-un rəqibləri çox geridə qalıblar. Belə ki, “Nintendo Wii” modellərinin satışları 1,05 milyon, “Sony PlayStation 3” satışları 750 min qurğu təşkil edib.

Britaniya idmançısı özünü internet-hərracda satır


Britaniya atleti Ceyms Ellinqton (James Ellington) özünü “eBay” internet-hərracına qoyub. Bu yolla o, 2012-ci il yay Olimpiya oyunlarına hazırlıq üçün sponsor cəlb etmək istəyir. 26 yaşlı sprinter (qısa məsafəyə qaçış idmançısı) ciddi zədəyə görə adi üsulla müqavilə bağlaya bilməyib. Hal-hazırda cənab Ellinqton yarışlara hazırdır, lakin pul yoxdur.

Yeni texnologiya ilə təmin edilən sərnişin qatarı Azərbaycanda


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində yeni ən müasir texnologiyalarla təchiz edilən “Ekspress” qatarını xəttə buraxıb. QSC-dən bildiriblər ki, Azərbaycanda ilk dəfə xəttə buraxılan bu tip sərnişin qatarı səhər saat 09:00-da Bakı sərnişin stansiyasından yola düşərək saat 16:20-də Gəncə stansiyasına çatır.

Yeni texnologiyanın köməkliyi ilə cavanlaşmaq olar


Alimlər sübut ediblər ki, beyində öyrənmə və informasiyanın yadda saxlanması prosesində iştirak edən və beyin üçün çox vacib olan proteinin toplanmasına təsir edən preparatlar qocalan hüceyrələri cavanlaşdırmağa qadirdirlər. Bunu heyvanlar üzərində aparılan sınaqlar sübut edib.

“Facebook”da öz ölümü barədə əvvəlcədən xəbər verdi və 1 həftə sonra öldü


Keçən həftə 12 yaşlı Rami Qrimer “Facebook” sosial şəbəkəsində profilində öz ölümü haqqında əvvəlcədən məlumat yerləşdirmişdi. Bir müddətdən sonra o, həqiqətən güllə ilə vurulub. Bu dəhşətli hadisə ABŞ-ın Texas ştatında baş verib. Rami Qrimeri anası Reyçel Qrimmer güllə ilə vurub və sonra özünə qəsd edib. Reyçel Qrimmer,

Məşhur oyunun satışlarından əldə olunan gəlir 1 milyard dolları ötüb


“Activision Blizzard” şirkətindən bildiriblər ki, “Call of Duty: Modern Warfare 3” oyununun satışlarından əldə olunan gəlir 1 milyard dolları ötüb. Qeyd edək ki, bu nəticəyə 16 gün ərzində nail olunub. “Modern Warfare 3” oyunu 1 milyard dollar həddini keçməyi bacaran seriyanın üçüncü oyunudur.

“Nokia”: gənclər “iPhone” və “Android”dən beziblər


“Nokia” şirkəti əmindir ki, gənc istifadəçilər “iPhone” smartfonundan beziblər. Çünki axı o, artıq hər kəsdə var. Bu barədə “Pocket-lint”-ə müsahibəsində Finlandiya korporasiyası rəhbərliyinin nümayəndəsi Nils Munksqaard bildirib. “Android”ə gəlincə, onun sözlərinə əsasən, bu əməliyyat sistemi çox mürəkkəbdir,

“Bestcomp Group”dan “e-muzey”


“Bestcomp Group” tərəfindən həyata keçirilmiş texnologiyanın son nailiyyətlərini cəmləşdirən layihələrdən biri də elektron muzey konsepsiyasının tətbiqidir. Şirkətdən verilən məlumata görə, Nizami adına Ədəbiyyat Muzeyində həyata keçirilən bu konsepsiya sərgi zallarında nümayiş etdirilməyən,

Ən yaxşı işə götürən şirkətlərin reytinqi


“Glassdoor” veb-saytı ən yaxşı işə götürənlərin dördüncü illik siyahısını dərc edib. Siyahıya müxtəlif sahələrdən 50 şirkət daxil edilib. Bu siyahıda İT şirkətləri də yer alıb: “Facebook”, “Google”, “Apple”, “Rackspace” (hostinq xidmətləri), “Salesforce.com”, “Citrix Systems”, “Qualcomm”, “SAP America”, “NetApp”, “İntel”, “Groupon”,

Stiv Cobs komiks qəhrəmanı olacaq


“Forbes” jurnalının əməkdaşı Kaleb Melbi (Caleb Melby) komikslər kitabı çıxaracaq. Stiv Cobs kitabın baş qəhrəmanı olacaq,- “Röyters” xəbər verib. Kitab "The Zen of Steve Jobs" adlanacaq və “Apple” həmtəsisçisinin "mənəvi inkişaf"ından danışacaq. Kitabda 1970-ci ildən 2011-ci ilə qədər olan dövr əhatə olunub,

Amerika aviaşirkəti sərnişinləri “Samsung Galaxy Tab 10.1” planşeti ilə təmin edəcək


“American Airlines” aviaşirkəti bu günlərdə birinci və biznes-klass sərnişinlərinə bəzi reyslərdə “Samsung Galaxy Tab 10.1” planşet kompyuterləri verəcək. Qurğu vasitəsi ilə filmlərə, televiziya şousuna baxmaq və musiqiyə qulaq asmaq mümkündür. Gələcəkdə internetə qoşulma da planlaşdırılır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL