waplog

Dünyada ən kiçik tranzistor yaradılıb


Yaponiya, İngiltərə və Cənubi Koreyadan olan alimlərin birgə səyi nəticəsində dünyada ən kiçik tranzistor yaradılıb. Onun ölçüsü cəmi 2 nanometr təşkil edir ki, bu da qabaqcıl prosessor və yaddaş çiplərində istifadə edilən 32 nanometr nümunələrdən olduqca kiçikdir.

Microsoftdan simsiz klaviatura


Microsoft şirkəti simsiz klaviatura və Wireless Desktop 2000 siçanını buraxıb. Digər həllərdən fərqli olaraq klaviatura AES şifrələnməsinin 128 bitlik alqoritmindən istifadəsi ilə fərqlənir. Belə ki, düymələrin sıxılması vaxtı məlumatların klaviaturadan qəbulediciyə ötürülməsi müdafiə olunur.

İndi də televizor tamaşaçını izləyəcək


Gələcəkdə UTAN TV interfeysi ilə yeni televizorlar istehsal ediləcək. Yaponiyada yerləşən STRL Elmi-Texniki Tədqiqat Laboratoriyasının alimləri tamaşaçını izləyən və onların baxdıqları proqram əsasında maraq dairələri haqqında informasiya toplayan xüsusi televiziya interfeysinin hazırlanması ilə məşğuldurlar.

Atom platformasında monoblok kompüteri


Hannspree şirkətinin stolüstü kompüterlər xəttinə 21,5 düyməli ekranla SN22A1 modeli əlavə edilib. Monoblokun əsasını 2 nüvəli və 1,66 QHz takt tezlikli Intel Atom D510 prosessoru təşkil edir.

800 QB tutumunda sərt daşıyıcı


İndiki zamanda artıq heç kəsi təxminən 1 TB tutumu olan sərt daşıyıcı ilə təəccübləndirmək olmaz, amma belə qurğular əksər hallarda PCI Express interfeysi ilə təchiz edilir, korporativ istehlakçı üçün nəzərdə tutulur və qiyməti isə çox yüksək olur.

Yeni nəsil oyun konsolu satışa çıxarılacaq


7 iyunda Los-Ancelesdə (ABŞ) E3 (Electronic Entertainment Expo) sərgisində “Nintendo” şirkəti növbəti nəsil oyun konsolu haqqında detalları açıqlayacaq. “Project Café” layihəsi üzrə yaradılan konsol innovasiya manipulyatoru əldə edəcək.

“Apple” 8 milyon “iPhone 5” istehsal edəcək


FBR Capital Markets analitiklərinin hesablamalarına əsasən, bu ilin üçüncü rübündə “Apple” təxminən 8 milyon “iPhone 5” - yeni nəsil smartfon istehsal edə biləcək.

Videokameralı eynək


“ZionEyez” şirkəti Eyez eynəyinə ilkin sifarişlərin qəbuluna başlayıb. Eynək 720p formatında materialları çəkməyə icazə verən videokamera ilə təchiz edilib. Akkumulyator batareyasının bir yenidən yükləməsi 3 saat iş üçün kifayətdir.

“Apple iCloud” musiqi xidməti pulsuz olacaq


San-Fransiskoda keçirilən WWDC konfransında “Apple” şirkətinin rəhbəri Stiv Cobs iCloud bulud xidmətini təqdim edib. iCloud qurğular məktub və sənədlərin sinxronlaşdırılması üçün istifadə edilən MobileMe xidmətini əvəz edəcək. İstifadəsi 99 dollara başa gələn MobileMe-dən fərqli olaraq iCloud xidməti pulsuz olacaqdır. ICloud istifadəçiləri “Apple”ın uzaq serverlərində təkcə musiqini deyil, həm də əlaqə, şəkil, proqram təminatı, videoçarx və sənədləri saxlamağa və sinxronlaşdırmağa imkan verəcək.

“Mac OS X Lion” əməliyyat sistemi iyulda satışda olacaq


”Apple” şirkəti Lion kod adı altında Mac OS X əməliyyat sisteminin növbəti nəslini nümayiş etdirib. San-Fransiskoda. 6 iyunda başlanan nümayiş WWDC konfransı çərçivəsində baş tutub. Yeni əməliyyat sistemi 250-dən çox yeni funksiyanı özündə ehtiva edir.

Günəş batareyası ilə qidalanan planşet hazırlanıb


“Pixel Qi” şirkətinin banisi Meri Lu Cepsen (Mary Lou Jepsen) aşağı enerji istehlaklı planşet nümunəsini nümayiş etdirib. Qurğuda rəngli və birrəngli (monoxrom) rejimdə işləyən hibrid displey quraşdırılıb. Birinci halda ekran təxminən 2,5 Vt enerji, ikinci halda isə cəmi 0.5Vt enerji istifadə edir.

Ölkəmizdə 4 G xidməti tətbiq ediləcək


“Azərfon” MMC 4G xidmətinin tətbiqinə hazırlaşır. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev İCTnews-ə bildirib. Onun sözlərinə görə, bununla bağlı bu günlərdə “Nokia” şirkəti ilə müqavilə imzalanıb.

Microsoft” şəxsi brendi altında planşet istehsal edəcək


“Microsoft” “Texas Instruments” şirkəti ilə planşet kompyuterinin yaradılması imkanını nəzərdən keçirir. Şayiələrə görə, “Microsoft”un ticarət markası altında buraxılacaq qurğu bazara növbəti ilin sonunda çıxarılacaq. Bu layihədə korporasiyanın partnyoru Tayvan istehsalçıları olacaqlar.

Elektron siqaret Bakı mağazalarında


Alqı-satqı elanlarında rast gəldiyimiz bu elan bəlkə də çoxlarının marağına səbəb olacaq. Bakının elektron avadanlıqları satışı ilə məşğul olan mağazalarında yeni avadanlıq da satılır - elektron siqaret. Bu avadanlığın satışı ilə məşğul olan Vaqif Quliyev adlı paytaxt sakini e-siqaretin üstünlükləri haqqında ICTnews-ə məlumat verərək bildirib ki,

“Nokia”dan 2 SiM kartlı telefon


“Nokia”nın saytında istehsalı ilə bağlı məlumat verilməmiş C2-06 telefonu ilə bağlı informasiya yerləşdirilib. Telefon 2 SiM kartın və sensor ekranın mövcudluğu ilə sələflərindən fərqlənir. . Şəklə əsasən müəyyən etmək olar ki, model vertikal slayder form-faktorunda yerinə yetirilib və fiziki rəqəmli klaviatura ilə təchiz edilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL