waplog

İstifadəçilər daha çox nəyə üstünlük verir: Telefon aparatına, yoxsa proqram təminatına?


ABŞ-da “İGR” şirkəti tərəfindən keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonları alarkən istehlakçılar “Samsung” şirkətinin aparatlarına üstünlük verirlər. Sonrakı pillələrdə isə “Motorola”, “HTC” və “LG” şirkətləri gəlir.

Feliscope.com dünyada xoşbəxtlik və firavanlıq səviyyəsini ölçəcək


İnternet aləminə yeni daxil olan Feliscope.com istifadəçilərə fərqli, pulsuz onlayn-servis təqdim edir. Belə ki, dünyanın istənilən ölkəsində yaşayan və istənilən yaş-gender qrupuna daxil olan istifadəçilər burada öz şəxsi rifah halını və xoşbəxtliyini qiymətləndirə biləcək. Xidmət özündə qiymətləndirmə anketini,

İlk dəfə olaraq ABŞ-da reklam gəlirlərinə görə internet mətbuatı üstələyəcək


2012-ci il ərzində ABŞ-da reklam məsrəfləri 23,3 faiz artaraq, 39,5 milyard dollara çatacaq. Bununla da ilk dəfə olaraq, adıçəkilən ölkədə reklam gəlirlərinə görə internet mətbuatı üstələyəcək. “eMarketer” agentliyinin yaydığı məlumata görə, hesablamalar mətbuatın reklam gəlirlərinin bu il 33,8 milyard dollar olacağını deməyə əsas verir.

Dünyada ən böyük oyun kontrolleri hazırlanıb


Delftski Texniki Universitetinin tələbəsi Ben Allen Londonda dünyanın ən böyük oyun kontrollerini təqdim edib. Bu, rəsmi olaraq “Ginnessin rekordlar kitabı”nda qeyd edilib. Nəhəng ölçülərinə baxmayaraq, qurğu tamamilə işləkdir. Düzdür, onunla işləmək üçün ən azı 2 insan lazım olacaq.

İngiltərədə xeyriyyə təşkilatının nümayəndələri xəstələrin şəxsi məlumatlarını itiriblər


“The Register” bildirib ki, bu hadisədən sonra Men adasında və Şimali İrlandiyada tibbi müəssisələr öz xəstələrinin şəxsi məlumatlarının mühafizə səviyyəsini yaxşılaşdırmaq niyyətindədirlər. Məlumat üçün qeyd edək ki, yaddaş daşıyıcısında məlumat şifrələnməyib.

Deputat sosial şəbəkələrdəki dostları ilə görüşüb


Millət vəkili Fuad Muradov yeni bir ənənənin əsasını qoyub. Deputat «facebook» və «twitter» sosial şəbəkələrində olan bir qrup virtual dostu ilə canlı görüş keçirib. «İctnews» xəbər verir ki, görüşdə iştirak edənlərin əksəriyyəti gənclər olub. Heç bir vasitənin canlı ünsiyyət qədər

Cənubi koreyalılar tezliklə tibbi analizləri smartfonlara etibar edəcəklər


Cənubi Koreya alimlərinin səyi nəticəsində koreyalılar xəstəxanalarda tibbi analiz verməklə əlaqədar növbələrdən qurtulacaqlar. Tezliklə ölkə sakinləri şəxsi orqanizmlərini əlverişli vaxtda evdə, nəqliyyatda, ümumiyyətlə, istənilən yerdə yoxlaya biləcəklər.

“Virgin America” aviaşirkəti təyyarələrdən birini Stiv Cobsun şərəfinə adlandırıb


“Virgin America” aviaşirkəti öz təyyarələrindən birini “Apple” banisi Stiv Cobsun (Steve Jobs) şərəfinə adlandırıb. Şirkət “Airbus A320” təyyarəsinin bortunda Stiv Cobsun məşhur sitatını yerləşdirib: "Stay Hungry, Stay Foolish",- “MacRumors” nəşri bildirib.

5 yaşlı amerikalı belə planşet istifadəçisidir


ABŞ-da bayramqabağı satış mövsümündə ən çox alınan cihazlar planşet və elektron kitabları oxumaq üçün qurğular olub. “Pew İnternet & American Life Project” sorğusunun nəticələrinə əsasən, dekabr ayının ortalarında planşetlər təxminən 10% həddi-büluğa çatmış amerikalıda olub.

“Facebook” dostlarınızı depressiyaya salır


«Facebook» sosial şəbəkəsi ilə bağlı maraqlı araşdırma aparılıb. Belə ki, ABŞ-ın Utah Valley Universitetində bu saytdan istifadə edənlərin xoşbəxtlik dərəcəsi öyrənilib. 425 tələbə arasında keçirilən sorğuda respondentlərə “Facebook”da neçə dostunun olduğu və gündə neçə saat virtual aləmdə vaxt keçirdikləri soruşulub.

Silikon vadisində İT mütəxəssisi 104 min dollar maaş alır


Silikon vadisində (Kaliforniyada) texniki işçilərin orta illik maaşı 104 min dolları ötür. Keçən illə müqayisədə illik bonus 13 faiz artaraq 12450 dollar təşkil edib. Araşdırmaya görə, bu göstərici ABŞ iqtisadiyyatı üzrə orta hesabla 8769 dollar təşkil edib. İT işçinin saat hesabı ödənişi orta hesabla hər saata 74 dollar təşkil edir.

Stiv Cobs özünü qəsdən öldürüb?


İnternet şəbəkəsində Stiv Cobsun tezliklə işıq üzü görəcək bioqrafik kitabından seçmələr yer alıb. İxtiraçının həyatından bəhs olunan kitabın onun pərəstişkarlarnını şoka salacağı gözlənilir. Belə ki, Cobs sonunun tez gəlməsini qəsdən sürətləndirib. http://www.topnews.ru saytının məlumatına görə,

Haaqa Məhkəməsi “Galaxy Tab” planşetinin satışlarını qadağan etməyib


“Apple” şirkəti “Galaxy Tab 10.1” planşet kompyuterlərinin Hollandiyada satışlarına qadağa qoyulmasına nail ola bilməyib. “Apple” və “Samsung” şirkətləri arasında məhkəmə iddiaları təxminən 9 ay əvvəl başlanıb. O zaman “Apple” şirkətinin vəkilləri bildirmişdilər ki,

Musiqi satışları azalır


Beynəlxalq Fonoqrafik Sənaye Federasiyası (IFPI) 2011-ci ildə musiqi bazarının həcmini qiymətləndirib. Musiqinin fiziki daşıyıcılar və internet vasitəsilə satışlarından 16,2 milyard dollar əldə edilib. Bu, 2010-cu il ilə müqayisədə 3% azdır. Satışlar artıq 7 ildir ki azalmağa doğru davam edir: 2004-cü ildə bazarın həcmi 24,3 milyard dollar təşkil edirdi.

Məşhur haker Corc Xots “Facebook”u tərk edib


“Sony” şirkətinin “Playstation 3” konsolunun və “iPhone” smartfonunun müdafiəsini “sındırmış” məşhur haker Corc Xots (George Hotz) “Facebook” sosial şəbəkəsindəki vəzifəsini tərk edib. O, “Facebook”da yarım il işləyib. “Business İnsider” nəşri bildirib ki, Xots “Facebook”da keçən ilin iyun ayında işə götürülüb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL