waplog

Gəncə Regional Poçt Filialı səyyar poçt xidmətləri göstərə bilər


Gəncə Regional Poçt Filialı səyyar poçt xidmətlərinə başlamaq istəyir. Bu barədə Gəncə RPF-dən məlumat verilib. Filialdan bildirilib ki, yaxın vaxtlarda bu istiqamətdə də işlərə başlanılacaq. Əsasən küçə və parklarda vətəndaşlara kiçik poçt xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

“Azərpoçt”un beynəlxalq banklararası pul köçürmələri sisteminə keçidi yekunlaşdı


“Azərpoçt” MMC-nin beynəlxalq banklararası pul köçürmələri sisteminə keçidi tam yekunlaşıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-dən məlumat verilib. Müəssisədən bildirilib ki, Mərkəzi Bankın tələblərinə görə bütün banklar kimi “Azərpoçt” MMC də yeni beynəlxalq bank hesabına keçib.

“Azərpoçt” dövlət büdcəsindən ayrılan dotasiyalardan imtina edə bilər, əgər...


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt”un dövlət büdcəsindən ayrılan dotasiyalardan imtina etməyə hazır olduğunu bəyan edib.

Poçt operatorunun ölkənin maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacağı proqnozlaşdırılır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi perspektivdə milli poçt operatoru “Azərpoçt”un ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır.

“Migom” beynəlxalq pul köçürmələri sistemi Azərbaycanda yeni innovativ xidmətlər təklif edir


Azərbaycanın Milli poçt operatoru “Azərpoçt” “Migom” - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafına başlayıb.

Milli poçt operatoru sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasına maraq göstərir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt”un sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasında maraqlıdır. Nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, “Azərpoçt” ölkədən göndərilən pul köçürmələrinin artması ilə yanaşı, həm də ölkə daxilində həyata keçirilən pul köçürmələrinin artmasında maraqlıdır.

Milli poçt operatoru sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasına maraq göstərir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt”un sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasında maraqlıdır. Nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, “Azərpoçt” ölkədən göndərilən pul köçürmələrinin artması ilə yanaşı, həm də ölkə daxilində həyata keçirilən pul köçürmələrinin artmasında maraqlıdır.

Azərbaycanda fevral ayında sürətli poçt xidmətlərinin qiymətləri artıb


Azərbaycan Dövlət Statistika Komitəsinin 2013-cü ilin fevral ayında rabitə sektorunda tariflərin dəyişməsi haqqında hesabatına əsasən sürətli poçt xidmətlərinin tarifləri artıb.

“Azərpoçt” MMC yeni müqavilələr imzalayıb


“Azərpoçt” MMC ilə “AZQOLDNET” MMC arasında müqavilə imzalanıb. Bu barədə müəssisənin Poçt-marketinq şöbəsinin rəisi Adil Rəhmanov məlumat verib. Onun sözlərinə görə, müqaviləyə əsasən, poçt operatorunun poçt şöbələrində şirkətin reklam daşıyıcıları yayımlanacaq.

ÜPİ-nin məktəblilər arasında keçirdiyi ənənəvi epistolyar inşa müsabiqəsinə aprel ayında yekun vurulacaq


Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə aprel ayında yekun vurulacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərpoçt” MMC-dən məlumat verilib. Qurumdan qeyd edilib ki, yazıların qəbulu hazırda da davam etdirilir:

Novruz Bayramı günlərində poçt fəaliyyət göstərəcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək.

Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük və vergi rüsumları tətbiq edilir?


Poçt göndərişləri, o cümlədən bağlamalar hər zaman gündəmdədir. Xüsusən də bayram günlərində yaxınlarına bayram sovqatı, müxtəlif hədiyyələr göndərmək istəyənlərin say çoxluğundan bu xidmətə tələbat daha da yüksəlir. Amma bağlama göndərmək, eyni zamanda qəbul etmək istəyənləri bir sual daha çox maraqlandırır: Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir?

Bu gün yeni poçt şöbələri istismara veriləcək


Bu gün “Azərpoçt” MMC tərəfindən Şəki RPF-nin 5 saylı və Salyan PF-nin Qaraçala poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək. Müəssisədən verilən məlumata görə, istifadəyə veriləcək binalar müasir texniki avadanlıqla və mebel ilə təchiz olunacaqlar.

Azərbaycan mütəxəssisləri EMS Kooperativinin 2013-2016-cı illər üçün biznes planının müzakirəsində iştirak ediblər


Azərbaycan mütəxəssisləri Ümumdünya Poçt İttifaqının beynəlxalq bürosunun EMS şöbəsi ilə Rusiya Rabitə administrasiyasının birgə təşkil etdiyi seminarda iştirak edib.

"Azərpoçt" “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib


"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL