waplog

“Nokia” “Windows Phone 7” əsasında öz ilk smartfonunu təqdim edib


“Nokia” korporasiyasının ilk “WP7” smartfonunu görmək üçün 26 oktyabrı gözləməyə ehtiyac qalmadı. Bu gün şəbəkədə “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən qurğunun şəkil və videosu yerləşdirilib.“Sea Ray” kod adı ilə olan qurğunun texniki xarakteristikaları haqqında məlumat yoxdur. Ehtimal edilir ki, yaxın günlərdə onun haqqında

Noutbuk klaviaturası əl toxunuşu ilə enerji toplaya biləcək


Melbrunda Kral Texniki İnstitutunun tədqiqatçıları (RMIT) noutbukların yüklənməsi üçün barmaqların klaviaturaya toxunuşu ilə yaranan enerjidən istifadə etməyi təklif edib. İdeyanın mahiyyəti klavişləri pyezoelektrik materialdan həddindən çox nazik plyonka ilə örtməkdən ibarətdir.

Dünyada ilk dəfə olaraq planşetlər üçün xüsusi sərt disk


“Seagate” şirkəti "dünyada ilk dəfə olaraq planşet və noutbuklar üçün təyin olunmuş xüsusi sərt disk" hazırlayacaq. 2.5 form-faktorunda hazırlanmış “Momentus Thin” daşıyıcıları 7 mm qalınlığa malikdir. Bu, onları ənənəvi fləş modulların əvəzinə incə korpusla mini- kompyuterlərə quraşdırmağa imkan verir.

İnsan barmaqlarının idarə edilməsi üçün qurğu ixtira edilib (VIDEO)


Tokio Universiteti və “Sony” tədqiqat mərkəzinin birgə səyi nəticəsində insanın barmaqlarının hərəkətlərini idarə edən “Possessed Hand” qurğusu hazırlanıb. Bu, ovucun 28 nöqtəsindən birinə kiçik elektrik gərginliyinin verilməsi yolu ilə əldə edilir.

“WebOS” planşeti (VİDEO)


“WebOS” ilə işləyəcək “HP TouchPad” planşetinin rəsmi satışları bu cümə günü, iyulun 1-i başlayır. Qeyd edək ki, qurğunu keçən həftədən sifariş etmək olardı.

“WiGig” simsiz əlaqə dəstəkli qurğular 2012-ci ildə çıxacaq


“WiGig” (Wireless Gigabit) ittifaqı yaxın hərəkət radiusunun simsiz əlaqə standartının 1.1 spesifikasiyasını elan edib. “WiGig” texnologiyası lisenziyasız “60 QHz” tezlik diapazonundan istifadəni nəzərdə tutur.

Uşaqlar üçün yeni planşet istifadəyə verilib


Oyuncaq istehsalçısı “LeapFrog” “LeapPad Explorer” planşeti istehsal edib. Qurğu 4 yaşdan 9 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Uşaq planşeti 480x272 piksel kəskinlikli 5 düyməli sensor ekranla təchiz olunub və 400 MHz tezlikli

“Nokia” N9 smartfonu ilə çəkilən fotoları dərc edib


Yeni “Nokia” N9 smartfonunun funksionallığının ən maraqlı detallarından biri 8 meqapikselli fotomoduldur . Şirkət yeni “Nokia”nın mobil qurğular arasında ən yaxşılardan biri olduğunu, həmçinin kameranın çox sürətli işlədiyini bildirib.

“Pic3D” plyonkası adi ekranı 3D panelə çevirəcək


Yapon şirkəti “Global Wave” “Pic3D” plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar. “Pic3D”-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb.

HP, “Windows 8”-lə işləyən planşet təklif edə bilər


“Hewlett-Packard” şirkəti tezliklə “WebOS” əməliyyat sistemi ilə işləyən ikinci planşet kompyuterini təqdim edə bilər. Cihazın 7 diaqonallı displey ilə təchiz olunma ehtimalı var. Qeyd edək ki, ilk “TouchPad” planşetində isə displey

“Flash” yaddaşlarından 100 dəfə sürətli və daha etibarlı


2 həftə əvvəl 100 illiyini qeyd edən İBM şirkəti tamamilə yeni tipdə kompyuter yaddaşı hazırlayıb. Yeni texnologiya PCM adlanır. Mütəxəssislərin fikrinə görə, belə yaddaşın iş sürəti NAND “Flash” tip yaddaşının

“HP webOS” əməliyyat sistemini digər şirkətlərlə bölüşəcək


“Hewlett-Packard” şirkəti digər smartfon və planşet istehsalçılarına ona aid olan “webOS” platformasında qurğular istehsal etməyə icazə verəcək. Bu barədə HP rəhbəri Leo Apotekeranın bəyanatında bildirib.

Cənubi Koreyada 4-cü nəsil mobil şəbəkənin istismarına başlanıb


Cənubi Koreyanın ən böyük mobil operatoru “SK Telecom” bu gün “Long-Term Evolution” (LTE) texnologiyasını istifadə edən 4-cü nəsil mobil şəbəkəsini işə salır.

“Apple” 3-cü rübdə 12-14 milyon “iPad 2” istehsal etməyi planlaşdırır


“Apple” 3-cü rübdə 12-14 milyon “iPad” istehsal etməyi planlaşdırır. Bu göstərici əvvəlki 2 rübdən əhəmiyyətli dərəcədə böyükdür.

2012-ci il Olimpiada oyunlarının nümayişi “3D” rejimində


2012-ci il Olimpiya oyunları “3D” etdirilməlidir. Bu bəyanatla “Panasonic” şirkətinin Britaniya bölməsinin rəhbəri Kit Evans çıxış edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217
NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL