waplog

Məşhur sosial şəbəkə təsisçisi Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırıb


“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.

Alimlər elektron qurğuların yuxuya təsirini araşdırıblar


Avstraliya alimləri yataq otağında elektron qurğuların yuxunun davamlılığına təsirini öyrəniblər.

Yaponiyalı tapançaların 3D surətinə görə iki il müddətinə həbs cəzası alıb


Yapon məhkəməsi kolleclərdən birinin keçmiş əməkdaşı 28 yaşlı Yosimoto İmuru 3D printerdə iki tapança modelinin çapı üçün ikiillik həbs cəzası alıb.

Tədqiqat: çinlilərin 57%-i pasportun əvəzinə smart saatdan istifadəyə hazırdır


“GfK” şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, Çin, Almaniya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-dan olan istifadəçilər "ağıllı" saatlardan gediş haqqının ödənilməsi, həmçinin öz hesablarına giriş üçün istifadəyə hazırdırlar.

Nişan üzüyü əvəzinə 99 ədəd “iPhone 6” smartfonu təqdim edib


“The Telegraph” nəşri yazır ki, Çinin Quancjou əyalətindən proqramçı sevgilisinə hədiyyə kimi 99 ədəd “iPhone 6” smartfonu satın alıb və buna təxminən 80 min dollar xərcləyib.

Deloitte: Böyük Britaniyada kompüter və robotlar peşələrin 35%-ni əvəzləyəcək


“Deloitte” və Oksford universitetinin tədqiqatçıları hesab edirlər ki, yaxın 20 ildə Böyük Britaniyanın əmək bazarında mühüm dəyişikliklər gözlənilir. Peşələrin 35%-də kompüter və robotlar insanları əvəzləməyə başlayacaq.

Britaniyalı alim “Wi-Fi” siqnallarını "eşitməyi" öyrənib


“The Independent” nəşri yazır ki, eşitmə qabiliyyətini itirmiş britaniyalı alim hazırda “Wi-Fi” siqnalını "eşidə" bilir.

Müxtəlif oyunları dəstəkləyən ilk mobil telefonun yaradılmasından 20 il ötüb


20 il bundan əvvəl – 1994-cü ildə öncədən oyun quraşdırılmış ilk mobil telefon satışa çıxarılıb. Bu, “Hagenuk MT-2000” aparatı olub.

“WhatsApp” messencerində oxunmamış mesaj boşanmaya səbəb olub


“WhatsApp” messencerində ərinin yazdığı mesajın həyat yoldaşı tərəfindən oxunulmaması boşanmaya səbəb olub.

“iPhone 6 Plus”da mətnin yığılma sürəti üzrə yeni rekorda imza atılıb


17 yaşlı Marsel Fernandes smartfonda mətnin yığılma sürəti üzrə öz  rekordunu yeniləyib və yenidən “Ginnesin rekordlar kitabı”na düşüb.

Cənubi Koreyada “selfie” üçün ştativlərin satışı qadağan olunub


Koreya Respublikasının hökuməti “selfie” çəkilişi üçün ştativlərin satışını qadağan edib. Qadağa onunla bağlıdır ki, qurğularda mobil telefon kamerasının uzaq məsafədən aktivləşdirilməsi üçün istifadə edilən “Bluetooth” modulları ölkədə lazımı qaydada sertifikatlaşdırılmayıb.

“Apple” yeni rekorda imza atıb


“Apple”ın səhmləri noyabrın 25-də “Nasdaq” birjasında yeni rekorda imza ataraq hərrac günü 1 səhm üçün 119,75 dollar olub.

Yaponiyada Fudzisava "ağıllı şəhəri" rəsmən açılıb


Yaponiyada Fudzisava "ağıllı şəhər"inin açılış mərasimi keçirilib. Tokiodan bir saatlıq məsafədə yerləşən qəsəbə gələcəyin enerji səmərəli, ekoloji və rahat şəhərləri üçün model kimi düşünülüb.

“Sony” şirkəti suyun altında mağaza açıb (FOTO)


Oktyabrın sonunda “Sony” şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağaza təqdim etmək niyyəti haqda məlumatlar dolaşırdı. Nəhayət, sözügedən mağaza Dubayda açıldı. “Sony Aquatech Store” adlanan mağazanın  özəlliyi onun suyun altında yerləşməsidir.

Zukerberq: ““Facebook”da “dislike” düyməsi olmayacaq”


“Facebook” şirkətinin yaradıcısı və icraçı direktoru Mark Zukerberq sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” düyməsinin yaradılmasına qarşı çıxıb. O, bu haqda şirkətin Menlo-Park şəhərində yerləşən qərargahında mətbuat üçün açıqlama verib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL