waplog

Xüsusi parça vasitəsilə mobil telefonlara enerji yükləmək olacaq


Yaponiyalı alimlərin ixtira etdiyi xüsusi parça vasitəsilə mobil telefon və ya digər elektron qurğuları enerji ilə yükləmək mümkün olacaq. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni parça ən nazik fotoelementlərdən toxunub və enerjini günəş işığından alır.

“Z3RO Pro” kompüteri ovucda yerləşir


“Xi3 Corporation” şirkətinin təqdim etdiyi kiçik ölçülü “Z3RO Pro” kompüterinin satışlarına cari ilin ikinci rübündə start veriləcək. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu 122×91×47 millimetr ölçüsündə yığcam korpusda hazırlanıb. İstehsalçı cihazdan ümumi təyinatlı kompüter və ya ev media mərkəzi kimi istifadə etməyi təklif edir.

Norveçdə elektriklə işləyən bərə təqdim edilib


Almaniyanın “Siemens” şirkəti Norveçin “Fjellstrand” gəmiqayırma tərsanəsi ilə birgə avtomobillərin daşınması üçün dünyada ilk elektriklə işləyən bərə hazırlayıb. Gəminin uzunluğu 80 metr təşkil edir və o, 120 maşın və 360 sərnişin daşıya bilər.

İsrail pilotsuz təyyarə yaradacaq


“Israel Aerospace Industries” (IAI) şirkəti kiçik ölçülü pilotsuz uçuş aparatı hazırlayır. “Flightglobal” nəşrinin yazdığına görə, aparatın çəkisi cəmisi bir neçə qramdır və o, 20 dəqiqə müddətində havada qala bilər.

“Google” şirkəti gələcəyin eynəyi üçün tərtibatçıların eko-sistemini formalaşdırır


2013-cü il yanvarın sonu və fevralın əvvəlində “Google Glass” artırılmış reallıq eynəyi üçün tətbiqlərin hazırlanmasına həsr edilmiş birinci xüsusi tədbir keçiriləcək.

Alimlər özü öyrənən foton kompüteri yaradıblar


Balear adalarında yerləşən universitetdə çalışan ispaniyalı alimlər professor Daniel Brunnerin rəhbərliyi altında gələcəyin mükəmməl kompüterini yaratmaq yolunda daha bir vacib addım atıblar. Onlar öz-özünə təhsil ala bilən sistemlə təchiz edilmiş foton kompüterinin işlək prototipini yaradıblar.

“Dell” fləş-kart ölçüsündə “Android” kompüterini istehsal edib


“Dell” şirkəti “Project Ophelia” adlı çox yığcam kompüter təqdim edib. Onun ölçüləri fləş-kart boydadır. Kiçik ölçülü fərdi kompüter “USB” port vasitəsilə televizora qoşulur. Yeniliyin relizi 2013-cü ilin birinci yarısına planlaşdırılıb.

Suda belə işləyən eşitmə aparatı təqdim edilib


“Siemens” şirkətinin hazırladığı yeni eşitmə aparatı suya və zərbəyədavamlıdır və toz keçirmir.

Yaponiyalı mühəndis yeriyən robot yaradır


Yaponiyalı mühəndis Sakamotonun hazırladığı nəhəng robotu onun daxilində oturaraq idarə etmək mümkün olacaq. Robotun hündürlüyü 4 metr təşkil edəcək. Hazırda mühəndis robotun hərəkət edə biləcək ayaqlarını yaradıb.

Cənubi Koreyada elastik akkumulyator yaradılıb


Ulsan şəhərində yerləşən Milli Elm və Texnologiya İnstitutunda çalışan cənubi koreyalı alimlərdən ibarət qrupun hazırladığı elastik litium-ion akkumulyatoru gələcəkdə elastik mobil telefonlar hazırlamağa imkan verəcək. Polimer elektrolitin yaradılması üçün nanomateriallardan istifadə edilib.

Fərdi kompüter üçün nəzərdə tutulmuş “Kinect” kontrollerinin rəqibi yazda istifadəyə veriləcək


Kompüteri əl vasitəsilə idarə etməyə imkan verən kontrolleri yaratmış “Leap Motion” şirkəti qabaqcıl qurğusunu yazda satışa çıxaracaq. Cihazı yalnız amerikanın “Best Buy” mağazalar şəbəkəsindən satın almaq və ya şirkətin saytından sifariş etmək mümkün olacaq.

“NEXUS” şirkəti yeni “3G” texnologiyalı, 7 düymlük planşeti təqdim etdi


“NEXUS” şirkəti yeni “3G” texnologiyalı, 7 düymlük planşeti təqdim etdi. Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi “NEXUS” şirkəti bazara yeni məhsul təqdim etdi. 1 ildən çoxdur ki, şirkət tərəfindən istehsal olunan milli premium “Azpad” planşetlərin nəslindən yeni, müasir tələblərə uyğun və istehlakçıların tələbatlarını ödəyən 7 düymlük “AzPad Mini i7S” modeli satışa çıxarıldı.

İdmançılar üçün yüksəktexnologiyalı cihaz yaradılıb


Müasir idmançılar məşq prosesləri idarəetməsinin mühüm hissəsini elektron cihazlara etibar edə bilərlər.

Ən nazik fotoçərçivə təqdim edilib


8 düym diaqonala malik ekranla təchiz edilmiş “teXet TF-803” rəqəmli foto çərçivəsi Rusiya bazarına çıxarılıb.

Pəncərələri silən robot hazırlanıb (VİDEO)


Evdə müxtəlif işləri görən robotların mövcudluğu haqqında bir çoxları məlumatlıdır. Bu yaxınlarda təqdim edilmiş “Winbot 7” robotu isə pəncərələri təmizləyir. Qeyd edək ki, “Winbot 7” dünyada bu tipli birinci robotdur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217
NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL