Mərkəzi Bank strateji hədəflərinə uyğun olaraq bank nəzarətinin requlyativ çərçivəsinin təkmilləşdirilməsi və hər bir əsas risk növünün prudensial tələblərlə əhatə olunması prosesini davam etdirir.
İstənilən texnologiyanın həyatımıza gətirdiyi müsbət tərəfləri ilə yanaşı, riskli tərəfləri də mövcuddur. Bankların ATM texnologiyası ilə bağlı son xəbərdarlığı ilə təhlükələrin istisna edilmədiyi bir daha təsdiqini tapdı.
Müasir dünyada “Hi-Tech” məhsullarının - yüksək texnologiyaların uğurlu tətbiq sahələrindən biri də tibb sahəsidir. Ölkəmizdə bu sahədə aparılan işlərə gəlincə, bu gün gələcək hədəflərində yüksək texnologiyaların (YT) inkişafını əsas götürən Azərbaycanda elm tutumlu YT-ya əsaslanan məhsulların alınması üzrə tədqiqatlar davam edir.
Elektron xidmətlərin tətbiqi nəticəsində insanların həyatının nə qədər rahatlaşdığını, nə qədər zaman, maliyyə, enerji və s. ehtiyatlara qənaət edildiyini təsəvvür etmək çətin olmaz.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq elan etdiyi “Mənim Azərbaycanım” internet fotomüsabiqəsi üçün fotoşəkillərin qəbulu artıq oktyabrın 31-də başa çatacaq.
Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir.
Bugünkü texnoloji inkişafın sayəsində dünya televiziyanın yeni nəslinə doğru irəliləməkdədir. Amma bu gün televiziyanın 3 nəslinin eyni zamanda fəaliyyəti dönəmini də yaşayırıq: analoq televiziya tam ortadan qaldırılmayıb, rəqəmli televiziyaya keçid tamamlanmayıb, IPTV isə artıq astanadadır.
Azərbaycanda “Elektron hökumət”in fəaliyyət üçün hüquqi baza respublika prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlar əsasında yaradılıb.
“Tariximizin hər səhifəsi, hər günü, hər ayı, ili bizim üçün əzizdir. Tariximizi, keçmişimizi qiymətləndirməliyik. Qədim keçmişimizi də, 20-ci əsrin əvvəlindən indiyə qədər olan keçmişimizi, o cümlədən 1920-ci ildən sonrakı keçmişimizi də qiymətləndirməliyik. Heç bir şeyi qaralamaq olmaz”.
Texnologiyalar insan həyatını nə qədər asanlaşdırsa da, o qədər də mənfi təzahürlər qaçılmazdır. Xüsusən bu gün bütün sahələrdə kompüterlərin tətbiqi müasir insanlar üçün oturaq həyat tərzini gündəlik normaya çevirməkdədir. Sivilizasiyanın gətirdiyi bu problem isə yalnız böyükləri deyil, elə kiçikləri də hədəf götürüb.
Dünya bu gün daha bir problemlə üzləşib. Belə ki, rəqəmlər elektron tullantıların təhlükəli həddə çatdığını göstərir.
Amerika Birləşmiş Ştatlarının “CB İnsight” Araşdırma Mərkəzi startaplarla bağlı maraqlı araşdırmalar aparıb. Mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “CB İnsight” hansı startapların uğursuzluğa düçar olmasını və uğursuzluğun hansı zaman kəsiyində baş verdiyini müəyyənləşdirib.
Azərbaycanda bu il yanvarın 1-dən etibarən Milli Məclisə “iOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyən smartfonların, mobil qurğuların keçirilməsinə qadağa qoyulub.
“CNET” nəşri yazır ki, “KS Mobile”in sifarişi üzrə keçirilmiş tədqiqata əsasən, ABŞ-da qadınlar “Apple”, kişilər isə “Samsung” şirkətinin mobil məhsullarına üstünlük verirlər.
"Ağıllı" ev gələcəyin ən mütərəqqi texnoloji həlli hesab edilir. Belə ki, yaxın gələcəkdə "ağıllı" sensorlar sayəsində elektrik cihazları yalnız lazım olduqda işləyəcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL