waplog

“Nokia” şirkətinin yeni smartfonu satışa çıxarılıb


Finlandiyanın “Nokia” şirkətinin “Microsoft” korporasiyasının “Windows Phone 8” əməliyyat sistemi ilə işləyən “Lumia 925” smartfonu satışa çıxarılıb. Sözügedən cihazı, hələ ki, Almaniyada satın almaq olar.

“3D” ayaqqabı


Dünyanın aparıcı idman brendləri olan “Nike” və “Adidas” ayaqqabı istehsalı prosesini sürətləndirmək üçün “3D” texnologiyasından istifadə etməyə başlayıb. Yeni ayaqqabı altlıqlarının prototipi üçölçülü printerlərin köməyilə yaradılır.

Alimlər daimi fləş-yaddaş yaradıblar


Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetinin alim-fiziklərdən ibarət qrupunun hazırladığı ən yeni fləş-yaddaş nümunəsi yüz milyonlarla dəfə yenidən yazıla bilər və demək olar ki "əbədidir".

Yeni batareyaları 27 il istifadə etmək mümkün olacaq


Almaniyanın “ZSW” (Centre for Solar Energy and Hydrogen Research Baden-Württemberg) mərkəzinin tədqiqatçıları 27 il müddətində istifadə edilə biləcək yeni litium-ion batareyaları hazırladıqlarını elan ediblər.

Gələcəkdə heyvanların danışığını başa düşmək olacaq


Amerikanın Şimali Arizona Universitetinin əməkdaşlarının hazırladığı unikal qurğu gələcəkdə heyvanların danışığını insan dilinə çevirəcək.

66 klavişli yeni mini-klaviatura


“Rosewill” şirkətinin mütəxəssisləri yaxın vaxtlarda ictimaiyyətə “Rosewill Micro RK9000” adlı mini-klaviaturanın işlək prototipini nümayiş etdiriblər. İlk növbədə qeymerlər (gamer – kompüter oyunçusu) üçün nəzərdə tutulmuş klaviatura yığcam ölçüsü və cəmi 66 klavişə malik olmasıyla fərqlənir.

Çində dünyanın ən güclü superkompüteri yaradılıb


Çinin “Tyan'e-2” adlanan ən yeni superkompüteri 3,1 milyon hesablama nüvəsindən ibarətdir. Çin istehsalçıları son iki il ərzində dünyanın 500 ən güclü superkompüteri siyahısında artıq iki dəfə lider olmağa müvəffəq olublar.

İkinci nəsil “Nexus 7” planşeti iyulda satışa çıxarılacaq


“DigiTimes” resursunun məlumatına əsasən, ikinci nəsil “Nexus 7” planşetinin satışa çıxarılması bu ilin iyuluna planlaşdırılıb. 16 QB-lıq daxili fləş-yaddaşla təchiz edilmiş qurğunun qiyməti 229 dollar təşkil edəcək.

2014-cü ildə 2560x1600 nöqtə təsvir ölçülü smartfonların kütləvi istehsalına başlanılacaq


“ETNews” resursu bildirib ki, ekran istehsalçıları 2014-cü ildə mobil qurğular üçün “WQXGA”-panellərin (2560×1600) kütləvi istehsalına başlamaq niyyətindədirlər.

Dünyanın ən nazik smartfonu təqdim edilib


“Huawei” şirkəti “Ascend P6” smartfonunu təqdim edib. Aparatın qalınlığı 6,18 millimetr təşkil edir və “Huawei” şirkəti onu dünyanın ən nazik smartfonu adlandırıb.

“Ağıllı” kabinələr və yeni texnologiyalar ilə təchiz edilmiş yeni hava gəmiləri təqdim ediləcək


“British Airways” şirkəti öz təyyarə parkına ağıllı” kabinələr və yeni texnologiyalar ilə təchiz edilmiş “Airbus A380” və “Boeing 787” modellərini daxil edən ilk Avropa aviaşirkəti olacaq.

Hidrogen yanacaq ünsürləri ilə işləyən “Hyundai“


Azərbaycan yollarında hidrogen yanacaq ünsürləri ilə işləyən “Hyundai“ avtomobilləri şütüyəcək. Cənubi Koreya təmsilçisi dünyada bu sahə üzrə ilk seriyalı avtomobil modelləri istehsalçısı seçilib.

Nyu-Yorkun küçələrində telefonları enerji ilə doldurmaq üçün stansiyalar quraşdırılıb


“AT&T” telekommunikasiya şirkəti “Goal Zero” günəş batareyaları istehsalçısı və “Pensa” dizayn-studiyası ilə birgə Bruklində “Street Charge” adlanan yeni pilot layihə təqdim edib.

Yaponiyada üzlərin tanınmasını çətinləşdirən xüsusi eynək yaradılıb


Yaponiyanın Milli İnformatika İnstitutunun mütəxəssislərinin yaratdıqları eynək videokamera və xüsusi proqram təminatının köməkliyi ilə üzlərin tanınmasını çətinləşdirir.

3D çap bazarının lideri hansı şirkətdir?


“3D” printer istehsalı ilə məşğul olan “Stratasys” şirkəti rəqibi – “MakerBot” şirkətini satın alıb. Sazişin qiyməti 403 milyon dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217
NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL