waplog

“SanDisk” şirkəti dünyada 128 Qbit tutuma malik ən kiçik fləş yaddaş çipi hazırlayıb


“SanDisk” şirkəti “NAND” fləş yaddaş istehsalı sahəsində növbəti nailiyyətləri haqda məlumat verib.
“SanDisk” şirkəti dünyada 128 Qbit tutuma malik ən yığcam “NAND” mikroçipi hazırlayıb. Onun sahəsi 170 kvadrat millimetr təşkil edir.

Məmulat “X3” metodikası vasitəsi ilə 19 nanometr texnoloji proses üzrə hazırlanıb. “X3” metodikası sayəsində 1 yaddaş xanasında 3 bit informasiya saxlamaq mümkün olub. Verilənlərin ötürülmə sürəti 18 Mb/s-ə çatıb.

Təqdim edilmiş çiplərin tətbiqi ilə hazırlanacaq yaddaş mikrosxemlərinin “ağıllı” telefon, planşet kompyuterləri və ultrabuklarda istifadə ediləcəyi güman edilir.

Hazırda “SanDisk” şirkəti fləş-kart yaddaş bazarının təxminən üçdə birini tutur. Şirkətin ABŞ-da bazar payı təxminən 40% təşkil edir. Məlumat üçün qeyd edim ki, Skandinaviya, İsveçrə və İspaniyada satılan yaddaş kartlarının yarıdan çoxusu “SanDisk” brendini daşıyır.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL