waplog

Orta məktəblərdə elektron lövhələrin tətbiqində Türkiyə təcrübəsindən istifadə olunur


Təhsil Nazirliyi orta məktəblərdə elektron lövhələrin tətbiqində Türkiyə təcrübəsindən yararlanır. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr şöbəsinin müdiri Bayram Hüseynzadə “İCTnews” elektron xəbər xidmətinə bildirib. Onun sözlərinə görə, hazırda nazirlik təhsil sistemində elektron lövhələrin tətbiq edilməsinin genişləndirilməsini planlaşdırır.

Hazırda Türkiyədə ucqar yaşayış məntəqələrində belə geniş şəkildə tətbiq edilən interaktiv elektron lövhələr müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir və şagirdlərdə öyrənməyə maraq oyadır.

B.Hüseynzadə bildirdi ki, nazirlik üçün əsas prioritet şagirdlərin təhsil keyfiyyətinin artırılması və interaktiv texnologiyalardan istifadə hesabına müəllimlər tərəfindən tədrisin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Lövhələr üzdən sadə marker lövhələri kimi görünür, lakin elektron interaktiv lövhədə yazılan hər şey dərhal fərdi kompyuterlərin monitorunda əks olunur.

Yazılan məlumat fayl formasında saxlanılır və printerdə çap oluna bilir. Elektron interaktiv lövhədə yazılar və şəkillər rəngli markerlərlə müəyyən şəklə salına bilər. İstifadə olunan rəng məlumatı ayırmağa və onun effektli mənimsənilməsini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

İnteraktiv elektron lövhələrin əsas cəhəti çəkilmiş şəkillərə baxılması, həmçinin real vaxt çərçivəsində məruzələrin yazılmasıdır.

İnteraktiv lövhələrdə qeyd edilənlərin hamısı fikir müzakirələri zamanı kompyuterlərdə saxlanıla və sonradan bərpa oluna bilər.
 
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL