waplog

“Ailə” TV şəbəkəsi yeni vakansiya elan edir


“Ailə” TV şəbəkəsinin bir qolu olan “A-Media” reklam şirkətinə satış meneceri vakansiyası üzrə işçi qəbuluna başlanılıb. Satış menecerləri şirkət üçün yeni müştərilərin cəlb olunması, müştərilərlə şirkət arasındakı fəaliyyətin əlaqələndirilməsi işinə məsul şəxslərdir.

“A-Media”nın satış menecerləri Azərbaycan və rus dillərində biliklərə sahib olmalı və “Microsoft Office” proqramını bilməlidirlər. Tez ünsiyyətə girməyi bacaran, səliqəli və məsuliyyətli insanlara üstünlük veriləcək.

Elan olunmuş vakansiya üzrə əməkhaqqı 300-500 manat arası dəyişir. Bundan əlavə, satışa görə bonuslar da əməkdaşların əməkhaqlarına əlavə olunur.

Qeyd edək ki, “Ailə” TV şəbəkəsinin bir qolu olan “A-Media” şirkəti müxtəlif şirkətlərə və təşkilatlara Bakı Metropoliteninin bütün stansiyalarında quraşdırılmış 70-dən artıq monitorda səsli-video reklamlarınızı yerləşdirməyi təklif edir. “A-Media”nın xidmətləri Bakı Metropoliteninin bütün stansiyalarında istənilən reklamın geniş insan kütləsinin diqqətinə çatdırılmasına şərait yaradır.

Maraqlanan şəxslər öz CV-lərini “hr@aile.tv” ünvanına göndərə bilərlər. “Ailə” TV-nin internet saytında (http://aile.tv/) və şirkətin rəsmi “Facebook” səhifəsində (http://facebook.com/aile.tv) daha ətraflı məlumat əldə etmək mümkündür.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL