waplog

Dubayda telekommunikasiya, rəqəmli televiziya və peyk rabitəsinə dair müzakirələr aparılır


Bu gün  Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində informasiya texnologiyalarına həsr olunmuş "CABSAT 2012" beynəlxalq forumu baş tutacaq. Forum "Dubai World Trade Centre" və "İCEE" şirkətlərinin təşkilatçılığı ilə "Dubai International Exhibition Centre"-də keçirilir.

Tədbirdə dünyanın 35 ölkəsindən aparıcı İT şirkətlərin iştirakı ilə keçirilən seminar və konfranslarda telekommunikasiya, rəqəmli televiziya və peyk rabitəsinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

Forum ərəb ölkələrində informasiya texnologiyaları sektorunun müsbət tendensiyalar əsasında formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, BƏƏ-də İT mütəxəssislərinin ən çox diqqət göstərdiyi tədbirlər sırasında liderlik edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL