waplog

Ze Roberto: Bakıdakı qələbəyə görə “Dördlər finalı”na çox yaxınıq


   “Biz ötən həftə Bakıda idial bir oyun keçirdik və səfər qələbəsi ilə “Dördlər finalı”na çox yaxınıq”. Bu sözləri “Fənərbaxça” voleybol klubunun baş məşqçisi Ze Roberto deyib.
 
Braziliyalı mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin “Rabitə” ilə cavab matçı barədə fikirlərini açıqlayıb. O bildirib ki, ilk oyunda 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, diqqətli olmalıdırlar: “Çünki hər şey İstanbulda həll olunacaq. Biz 4 ən güclü arasına düşmək üçün lazım olan ikinci qələbəni də qazanmalıyıq.

Qarşılaşmaya əla hazırlaşmışıq, Bakıdakı oyundan daha yüksəyini göstərmək istəyirik. Bunun üçün azarkeşlərimiz də salona gəlsinlər və bizlə birgə sevinsinlər”.
 Qeyd edək ki, “Fənərbaxça” – “Rabitə” matçı sabah saat Bakı vaxtıyla 21:30 da olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL