waplog

“HP TouchPad” planşetinin qiyməti açıqlanıb


“İSuppli” analitikləri “HP TouchPad” planşet kompyuteri komponentlərinin ümumi dəyərini hesablayıblar. “TouchPad” 1.2 QHz tezlikli 2 nüvəli prosessor, 1024×768 nöqtə kəskinlikli 9,7 düyməli multitaç-displey, 1,3 meqapiksellik kamera, “Bluetooth 2.1+EDR” və “Wi-Fi” (IEEE 802.11b/g/n) adapterləri, akselerometr, jiroskop, elektron kompasla təchiz olunub.
“İSuppli” qiymətləndirilmələrinə görə, “TouchPad” ekranının qiyməti 69 dollardır. Sensor panel yekun məbləğə 63.5 dollar, onun kontrolleri isə 11,75 dollar əlavə edir. Prosessor 20 dollar, 16 QB-lıq fləş yaddaş modulu 23 dollar və 32 QB-lıq isə 45 dollar qiymətləndirilmişdir.
Nəticədə 16 Qb fləş yaddaş ilə təchiz edilmiş “TouchPad” modelinin qiyməti “iSuppli”in məlumatına görə 306,65 dollar, 32 QB daşıyıcı ilə olan modelin qiyməti isə 328,65 dollar təşkil edir. Pərakəndə satışda bu qurğular müvafiq olaraq 500 və 600 dollara təklif edilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL