waplog

Dünyanın ən nüfuzlu şirkəti hansıdır?


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Fortune" jurnalı beşinci ildir ki, "Apple" korporasiyasını dünyanın ən nüfuzlu  şirkəti adlandırır. 50 ən nüfuzlu korporasiyadan ibarət reytinq biznesmenlər  arasında keçirilən sorğu əsasında təşkil edilir. Onların fikrinə görə, "Apple" korporasiyası Tim Kukun rəhbərliyi altında çiçəklənməyə davam edir.

"Google" korporasiyası reytinqdə ikinci yerdədir. Məlumat üçün bildirim ki, 1 il əvvəl də belə olub.
"Amazon" internet-şirkəti ən nüfuzlu şirkətlərin reytinqində üçüncü olub. Şirkət 1 il ərzində 4 pillə irəliləyib. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq, "Coca-Cola" və "IBM" korporasiyaları yerləşib.






 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL