waplog

Ən varlı İT şəxslərin adı açıqlanıb


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Microsoft” korporasiyasının banisi Bill Qeyts texnologiya sahəsində ən varlı şəxsdir. Onun varidatı 61,3 milyard dollar həcmində qiymətləndirilir.

Ən varlı İT şəxslər reytinqində ikinci və üçüncü yerləri müvafiq olaraq Larri Ellison və Mark Zukerberq tutublar. Qeyd edim ki, Larri Ellison “Oracle”, Mark Zukerberq isə “Facebook” şirkətinə rəhbərlik edir. Ellisonun varidatı 37,9 milyard dollar təşkil edir.

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”-un banisinin varidatı  21 milyard dollar təşkil edir.
“Google” şirkəti yaradıcılarının hər birinin əmlakı 18,7 milyard dollar həcmində qiymətləndirilir.
İT sahəsində 10 ən varlı insanın birgə varidatı 238,3 milyard dollar həcmində qiymətləndirilir.

Məlumat üçün qeyd edim ki, dünyanın ən varlı insanı 68.05 milyard dollar varidata sahib Liviya mənşəli Meksika maqnatı Karlos Slimdir. 72 yaşlı Slimin əsas biznesi Meksika və Latın Amerikası ölkələrinin telekommunikasiya sahəsi ilə bağlıdır.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL