waplog

ABŞ-ın videooyun bazarı yenidən mənfi nəticə ilə üzləşib


”NPD” şirkəti 2012-ci ilin fevral ayı üzrə Amerikanın videooyun bazarındakı durumu qiymətləndirib.
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ay ərzində oyun konsolları, proqram məhsulları və müvafiq aksessuarlar istehsalçılara təxminən 1,06 milyard dollar qazandırıb. Bu göstərici 2011-ci ilin fevral ayı ilə müqayisədə 20% azdır.

İllik hesablama üzrə oyunlara tələbat 23% azalıb. Oyun konsollarının satışlarından əldə olunan mənfəət 18% azalaraq 381,4 milyon dollar təşkil edib. Aksessuar satışları isə 16% azalaraq 215,2 milyon dollara bərabər olub.

Fevral ayında ən populyar oyun “Call of Duty: Modern Warfare 3” şuteri olub. “Xbox 360” konsoluna 7 ay ardıcıl olaraq böyük tələbat müşahidə olunur: “Microsoft” korporasiyasının məlumatına görə, fevral ayında təxminən 426 min “Xbox 360” konsolu satılıb.
 



EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL