waplog

“Azərpoçt” MMC əməkdaşlıq imkanlarını genişləndirir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti fərdi şəxslərlə yanaşı, dövlət və özəl qurumlara geniş çeşiddə, aşağı qiymətlə xidmətlər göstərir.

Hazırda MMC-də güclü maddi-texniki baza qurulub, qabaqcıl informasiya texnologiyalarının tətbiqi həyata keçirilib və peşəkar işçi heyəti formalaşdırılıb. Bunun nəticəsi olaraq, hazırda müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə xidmətlərin göstərilməsi uğurla həyata keçirilir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu işlərin davamı olaraq "Azərpoçt" MMC ilə "Azəristiliktəchizat"ASC-nin xidmətlərindən istifadə edən abonentlərdən xidmət haqlarının qəbulu ilə bağlı qarşılıqlı formada müqavilə imzalanıb. Hal-hazırda sözügedən xidmətin PŞ-lərdə təşkili üçün müvafiq işlər görülür. CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL