waplog

Saat istehsalçısı smartfon istehsal edib (VİDEO)


İsveçrənin “TAG Heuer” bahalı saatlar istehsalçısı puldan korluq çəkməyənlər üçün nəzərdə tutulmuş yeni aksessuarını - “TAG Heuer” brendi altında 3700 dollarlıq “Android” smartfonunu elan edib. Məlumat üçün bildirim ki, bundan əvvəl həmin istehsalçı 2400 dollarlıq  smartfon təqdim etmişdi.

Yeni smartfon “TAG Heuer Racer” adlanır. Smartfonun korpusu karbon lifi və titan ərintisindən hazırlanıb. Bundan əlavə, qurğuda şirkətin “saat” hazırlamaları da tətbiq edilib.

Nəticədə smartfon zərbəyə davamlıdır.Smartfonun “Android 4.0” platforması əsasında işlədiyi və dördnüvəli mobil prosessor ilə təchiz olunduğu məlumdur. Digər texniki xüsusiyyətlər haqqında heç bir məlumat verilməyib.


 




EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL