waplog

İnnovasiya Forumunda dünya trendləri müzakirəyə çıxarılıb


Bakıda “Oracle Day” İllik Biznes və İnnovasiya Forumu keçirilib. Forum “Oracle” korporasiyası tərəfindən yerli tərəfdaş – “SİNAM” şirkətinin dəstəyilə təşkil edilib. Forum barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, forum zamanı biznes və hökumət sektoru üçün nəzərdə tutulan proqram həlləri sahəsindəki dünya trendləri müzakirəyə çıxarılıb.

Biznes və hökumət sektorunu təmsil edən yüzdən çox nümayəndənin iştirak etdiyi tədbirdə Türkiyə, İsveçrə və Azərbaycandan olan mütəxəssislər informasiya texnologiyalarının uğurlu tətbiqindən söz açıblar.

Əsas çıxışlar isə “Oracle” korporasiyasının “Oracle Keynote”, RAC, “Active DataGuard”, “Fast-Start Failover”,  “DataGuard Broker” kimi texnologiyalarını əhatə edib. “Oracle Exalytics”in “Memory” serverinin tətbiqinə isə ayrıca təqdimat həsr olunub.
 
HƏQİQƏT

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL