waplog

“Abşeron ritmləri” filminin elektron versiyası hazırlanıb


Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə “Abşeron ritmləri” filminin elektron versiyasını hazırlayıb. Dövlət Film Fondundan verilən məlumatda bildirilir ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

“Abşeron ritmləri” filmi 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. İmran Qasımovun ssenarisi əsasında çəkilmiş filmin rejissoru Eldar Quliyev, operatoru Rasim Ocaqovdur.

 Filmə Azərbaycanın məşhur ifaçıları Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu və başqalarının konsert proqramları daxil edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL