waplog

Kompyuter proqramı krossvord həll edəcək?


ABŞ-da krossvord həll edilməsi üzrə hər il keçirilən çempionatında “Dr.Fill” adlı kompyuter proqramı da iştirak edəcək. Qeyd edim ki, çempionat Nyu-Yorkda martın 16-da start götürəcək.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, proqramı “On Time Systems” şirkətinin əməkdaşları hazırlayıblar. Şirkətin banisi isə Mett Qinsberqdir. Məlumat üçün bildirim ki, Mett Qinsberq “The New York Times” qəzeti üçün əsas krossvord tərtibçisidir.

Proqram sözləri öz verilənlər bazasından seçir, həmçinin “Vikipediya” internet-ensiklopediyasından da istifadə edir. Hazırlanmış xüsusi alqoritm suallardakı açar sözləri təhlil edir, hərflərin sayına əsaslanaraq cavab variantlarını seçir və s. “Dr.Fill” proqramının yaxşı nəticə göstərdiyi qeyd olunub.

Proqramı hazırlayanlar sübut etmək istəyirlər ki, böyük hesablama sistemlərindən istifadə etmədən kompyuterə insan oyunları oynamağı "öyrətmək" olar.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL