waplog

Bakının Regional İnkişaf Planının elektron resursu istifadəyə verilib


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  tərəfindən Bakının Regional İnkişaf Planının “www.boyukbaki.az”  saytı istifadəyə verilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, saytda “layihə haqqında” bölməsində layihənin məzmunu, icraçılar və maraqlı tərəflər barədə ətraflı informasiyalar yerləşdirilib. “Sənədlər” bölməsində isə layihə sənədləri, tarix(ərazi və əhali baxımından), şəhərsalma və linklər yarımbölmələri yer alıb. Bundan əlavə, “sizin fikriniz” və “KİV” bölmələri istifadəçilərin ixtiyarına verilib.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Qeyd edək ki, “www.boyukbaki.az”  elektron resursu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə "Böyük Bakının Regional İnkişaf Planı"(BBRİP) layihəsinin açılış toplantısı zamanı təqdim olunub.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL