waplog

Yeni “Nar dünyası” istifadəyə verildi


Bakı şəhərində “Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib. Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də “Nar 3G+” modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.
Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni “Nar 3G+” modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar, 3,6 mbp/s yüksək sürətli mobil internet bağlantısından canlı istifadə ediblər. Hazırda Bakı şəhərində "Nar Mobile" tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL