waplog

Balacaların kompyuter qarşısında daha çox vaxt keçirməkləri üçün daha bir “bəhanə” tapıldı


Balacaların kompyuter qarşısında daha çox vaxt keçirmələri üçün daha bir “bəhanə” tapıldı. Onlar üçün bu “bəhanə”ni xoş sürprizə çevirən isə “azerbaijans.com” saytıdır. Belə ki, internet məkanında virtual bələdçisi kimi artıq öz sözünü deyən sayt yenilənməkdə davam edir. Növbəti yenilik isə balacaların çox sevdiyi cizgi filmləri ilə bağlıdır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə saytın redaksiyasından məlumat verilib.

Mənbənin bildirdiyinə görə, hal-hazırda saytın “Cizgi filmləri” bölməsi yenilənməkdədir: ”Budəfəki yenilənmədə “Cizgi filmləri” bölməsinin “Filmlər” linkinə 65-dən artıq cizgi filmi yerləşdirilib. Bu filmlər Azərbaycan cizgi filmləri istehsalının ən populyar və ən keyfiyyətli nümunələridir.

Beləliklə, bundan sonra balaca istifadəçilər sevdikləri Azərbaycan cizgi filmlərini heç bir çətinlik çəkmədən bir virtual resursdan izləyəcəklər”. Redaksiyadan verilən məlumata görə, bu yenilənmə həm ümumi işin davamıdır, həm də balaca istifadəçilərin internetdən faydalı şəkildə yararlanmasına və internet məkanına şüurlu, intellektual şəkildə inteqrasiyasına şərait yaradacaq: ”Eyni zamanda, bununla ümumilikdə ölkəmiz haqqında ətraflı dünyagörüşü formalaşdırmaq üçün uşaqların diqqətini cəlb etmək mümkün olacaq. Linkdə filmlərlə yanaşı, onlar haqqında geniş məlumatlar da öz əksini tapır”.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL