waplog

2012-ci ildə Çin smartfonların satışı üzrə ən böyük bazara çevriləcək


“IDC” tədqiqat şirkətinin hesablamalarına görə, 2011-ci ildə dünyada 491,4 milyon smartfon satılıb. Bu nəticə 2010-cu ilin göstəricisindən (304.7 milyon) 63% çoxdur.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ildə ABŞ smartfonların satışı üzrə ən böyük bazar olub. Belə ki ABŞ 2011-ci ildə 104.7 milyon smartfon satıb. İkinci yerdə isə Çin qərarlaşıb. Onun payına 89,4 milyon smartfon düşüb.

“IDC” şirkətinin proqnozuna görə, 2012-ci ildə smartfonların satışı üzrə ən böyük bazar Çin Xalq Respublikası (ÇXR) olacaq. ABŞ isə 20,6% göstərici ilə ikinci yerdə qərarlaşacaq. Analitiklər hesab edirlər ki, 2016-cı ilədək bu dövlətlərin payı müvafiq olaraq 20,2 və 15,3% təşkil edəcək.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL