waplog

Burnunu sındırdı, “Apple”-ı günahlandırdı


Nyu-York ştatının 83 yaşlı sakini Evelin Pasvoll “Apple” şirkətindən 1 milyon dollar həcmində kompensasiya tələb edib. Belə ki, qadın dekabrın 13-də “iPhone” smartfonunu geri qaytarmaq üçün “Apple” şirkətinin mağazasına getməli olub. Bu zaman o, şüşə qapıya yaxınlaşdığını başa düşməyib və qapıya dəyərək burnunu sındırıb.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, Pasvollun vəkili Derek Smitin sözlərinə görə, “Apple” korporasiyasının alıcıları müasir arxitektura ilə cəlb etməyə çalışmasına baxmayaraq, şirkət bu halda belə arxitekturaların bəzi insanlar üçün yarada biləcəyi təhlükələri də nəzərə almalıdır.

Pasvoll “Apple”-a qarşı qaldırdığı iddiada şirkətdən şüşə qapılarda hansısa bir nişan qoyulmasını tələb edib.
“The New York Post” nəşrlərində bildirilib ki, hazırda qadının getdiyi mağazada kiçik xəbərdaredici ağ zolaqlar var.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL