waplog

70 dollarlıq stolüstü kompyuter


35 dollar dəyərində olan kiçik ölçülü "Raspberry Pi" kompyuterinin istehsalı digər istehsalçıları oxşar qurğuların hazırlamasına vadar etdi.

Bu gün, martın 28-də istehsal edilmiş "Mele A1000" fərdi kompyuteri "Raspberry Pi" kompyuterinin ilk rəqiblərindən biridir və onu populyarlığa görə ötmək üçün bütün şanslara malikdir.

"Mele A1000" kompyuterinin qiyməti "Raspberry Pi" ilə müqayisədə 2 dəfə bahadır.

70 dollarlıq "Mele A1000" stolüstü fərdi kompyuteri 1 QB-lıq şəbəkə kartı, 2 ədəd "USB" port, "HDMI" çıxış portu, monitorun qoşulması üçün "VGA" konnektoru və "ARM" arxitekturasında hazırlanmış 1 QHz takt tezlikli "Allwinner A10" mərkəzi prosessoru ilə təchiz edilib. "Mele A1000" kompyuteri "Linux" əsasında əməliyyat sistemi ilə işləyə bilər. Kompyuterin qiyməti 70 dollar təşkil edir.


 EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL