waplog

Rabitəçilər qanvermə aksiyasına qoşuldu


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyində "Savab Dünyası" Azərbaycan Talassemiya Assosiasiyasının təşəbbüsü ilə "Donor günü" qanvermə aksiyası  keçirilib. Qanvermə aksiyasında Birliyin və ona tabe olan idarə-müəssisələrin əməkdaşları iştirak edib.  Aksiyada toplanan qan talassemiyalı xəstələrin müalicəsi üçün istifadə olunacaq.

Məlumat üçün qeyd edək ki, "Savab Dünyası" Azərbaycan Talassemiya Assosiasiyası hər il müxtəlif qurum və təşkilatlarla birgə könüllü qanvermə aksiyası keçirir. Assosiasiyanın məqsədi qan donoru ilə bağlı təbliğatın gücləndirilməsidir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL