waplog

Vağzallarda informasiya köşkləri qurulacaq


Nəqliyyat Nazirliyinin sifarişi əsasında vağzallarda yeni köşklərin qurulması işləri həyata keçiriləcək. Bu məqsədlə “Kür” şirkəti Nəqliyyat Nazirliyinə müraciət edib. Avtovağzallarda və aeroportlarda quraşdırılmaq üçün nəzərdə tutulan bu köşklərdə marşrutlar barədə məlumatlar yerləşdiriləcək. Müştərilər bu köşklər vasitəsilə marşrutun hərəkət istiqamətləri və vaxtı barədə məlumat ala biləcəklər. Kassa kimi işləyə bilən bu köşklərdən sərnişin özü marşrutdakı yerini seçə bilər. Sərnişin yerini müəyyənləşdirdikdən və tələb olunan bilet pulunu ödədikdən sonra ona qəbz təqdim edilir. Qeyd edək ki, şirkət belə köşkləri şəhərin müxtəlif yerlərində də qurmağı planlaşdırır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL