waplog

Neft şirkəti nanotexnologiya vasitəsi ilə Qırğızıstanda kəşfiyyat aparacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nanotexnologiyaları tətbiq etməklə Qırğızıstanda neft-qaz yataqlarında birgə kəşfiyyat apara bilər. Bu barədə Neft şirkətinin prezidenti Rövnəq Abdullayev Qırğızıstan Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən danışılıb.
Parlament sədri Qırğızıstan Respublikasının zəngin təbii ehtiyatlara malik bir ölkə olduğunu vurğulayıb və bildirib ki, hazırda ölkənin neft və neft məhsullarına olan ehtiyacının 95 faizi kənardan alınan neft məhsulları hesabına ödənilir. A. Keldibekov Azərbaycan neftçilərini bu ölkənin neft-qaz yataqlarında birgə kəşfiyyat aparmağa dəvət edib. Qeyd edək ki, Neft şirkəti neft və qazçıxarmada nanotexnologiyaları tətbiq etməklə böyük uğura imza atıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL