waplog

“NAR Mobile” abunəçiləri də TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə edə bilərlər


Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən “Nar Mobile” istifadəçiləri olan abituriyentlər nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifrə göstərilən virtual ödəmə kartı daxil olacaq.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən “Nar Mobile” istifadəçiləri olan abituriyentlər nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və “Pin” kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir.

Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur. Xidmət “Azerfon” MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL