waplog

“Azərkosmos” ASC-də “OnAir” şirkəti ilə görüş keçirilib


“Azərkosmos” ASC-də  “OnAir” şirkəti ilə geniş tərkibdə görüş keçirilib.Şirkət nümayəndələri  “Azərkosmos” ASC-nin fəaliyyəti, bu ilin sonunda orbitə çıxarılacaq  “Azərspace” telekommunikasiya peykinin, həmçinin gələcəkdə istifadəyə veriləcək digər telekommunikasiya peyklərinin göstərəcəyi rabitə xidmətlərinə uyğun texnoloji həllər və məhsullara dair ətraflı təqdimatla  yaxından tanış olmuşlar. Görüş çərçivəsində “Azərkosmos” ASC ilə gələcək əməkdaşlıq imkanlarına dair danışıqlar aparılıb.   
 
Qeyd edək ki, “OnAir” şirkəti təyyarələrdə və gəmilərdə müxtəlif rabitə xidmətlərinin təşkil olunması üzrə beynəlxalq bazarda fəaliyyət göstərir.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL