waplog

EPEG optik magistralının Azərbaycan seqmentinin tikintisi tamamlanıb


Europe Persia Express Gateway (EPEG) layihəsinin Azərbaycan seqmentinin tikintisi üzrə işlər başa çatıb. Bu barədə "Delta Telecom" şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirib.
"Yaxın iki ayda fiber-optik kabel magistralının Azərbaycan seqmentinin test buraxılışının həyata keçirilməsi gözlənilir", - Ələkbərli deyib.

Layihə çərçivəsində şəbəkə infrastrukturunun, beynəlxalq birləşmələr infrastrukturunun instalyasiyası üzrə işlər həyata keçirilib, tranzit həcmi üçün şəbəkələrin birləşdirilməsi təmin edilib.

Kabel magistralının Azərbaycan seqmentinin tikintisi üçün telekommunikasiya avadanlıqlarının tədarükçüsü qismində "Alcatel-Lucent" şirkəti çıxış edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL