waplog

Qeydiyyatdan keçməyən 246 radioelektron vasitə aşkarlanıb


Cari ilin I rübündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi  (DRİ) tərəfindən müraciətlərə əsasən 133 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və  müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən 246 müxtəlif növ REV aşkarlanıb. Onlardan 48,8 faizi qeydiyyata salınıb, 21,5 faizi möhürlənib və 29,7 faizinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 11 protokol tərtib edilib və  müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL