waplog

12 aprel Ümumdünya Kosmos Günüdür


Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə, yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula diqqət artmaqda davam edir. Ümumiyyətlə, gələcəkdə ölkəmizdə kosmik sənayeyə olan marağın, xüsusilə də mütəxəssislər və yüksək təhsilli kadrlar üçün tələbatın çoxalacağı gözlənilir.

Nazirlər  Kabinetinin 5 aprel 2012-ci il tarixli qərarı ilə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradılmışdır. 

12 aprel Ümumdünya Kosmos Günü ərəfəsində ölkəmizdə kosmik sahə üzrə yeni ixtisasların yaradılmasına dair qərar qəbul edilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, kosmik sənaye sahəsində çalışmaq arzusunda olan gənclər üçün böyük töhfədir. 

Kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Ölkəmiz uçun yeni sənaye sahəsi olduğu üçün, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu məqsədlə texniki, təşkilati və kadr hazırlığı işlərini həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC fəaliyyət göstərdiyi bir il ərzində öz işçi heyətinə yüksək ixtisaslı kadrlar cəlb edərək, onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilmişdir. Kosmik sənaye üçün zəruri hesab olunan ixtisaslar üzrə tələbələrin xarici ali təhsil müəssisələrinə göndərilməsi də planlaşdırılır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL