waplog

"Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri" mövzusunda növbəti distant təlim keçirilib


 İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanılıb. Növbəti distant təlim "Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri" mövzusunda keçirilib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer qatılıb.

Təlimdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

 Qeyd: Distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin http://www.bbtc.az/  saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL