waplog

13 547 "Xalq kompyuteri" satılıb


"Xalq kompyuteri" layihəsi çərçivəsində 13 547 fərdi kompyuter satılıb. Kompyuterlərin 2351 ədədi Bakıda, qalanı isə regionlarda satılıb. İlin birinci yarısının yekunları üzrə layihə çərçivəsində satış artımı 35,4 faizdən (3547 ədəd) çox olub. Altı ayın yekunlarına görə, orta qiyməti 650 manat olmaqla 2 milyon manatdan çox məbləğdə texnika alınıb.
Ümumilikdə layihə işə salınandan sonra (2009-cu ilin aprel ayı) bura 7 milyon manatdan çox investisiya yatırılıb. Layihə çərçivəsində 13 395 kompyuter müəllimlər, 70-i şagirdlər, 77-si tələbələr, 5 kompyuter isə səhiyyə işçiləri tərəfindən alınıb. Layihə çərçivəsində satılan kompyuterlərin 80 faizindən çoxu portativ texnikanın payına düşüb.
"Xalq kompyuteri" layihəsi çərçivəsində təklif olunan kompyuterlər bazar qiymətindən 25-40 faiz aşağı olmaqla, 12 aya qədər müddətlə faizsiz kredit şərtləri ilə həyata keçirilir. Layihə “HP” və "Microsoft" şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnika “HP”-nin yerli tərəfdaşı olan "Best Comp Group" şirkəti tərəfindən təchiz olunur.br<> Alıcılara "Symantec" antivirus proqram təminatı, “KÜR ADSL” modemləri və Azərbaycanın mobil rabitə operatorları “Azercell Telekom” və “Azerfon”un DATA kartları da təklif olunur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL