waplog

“Asus”un yeni planşet kompyuterinin satışları aprelin 22-də başlanacaq


“Asus” şirkətinin əməkdaşları bildiriblər ki, “Asus Transformer Pad 300” adlı yeni planşet kompyuterinin satışları aprelin 22-də başlanacaq.

“İCTnews.az” elektron xəbər xidməti ”pitbit.ru” saytına istinadən bildirir ki, planşet 1280x800 piksel təsvir ölçülü 10.1 düymlü ekran, dördnüvəli “Nvidia Tegra 3” prosessoru, 8 meqapikselli kamera, həmçinin 32QB daxili  və 1 Qb əməli yaddaş ilə təchiz ediləcək. Qurğu “3G/4G LTE”, “Wi-Fi” və “Bluetooth” moduluna malikdir. Avtonom iş müddəti 10 saata qədər təşkil edir, lakin əlavə klaviaturaya quraşdırılmış əlavə batareya hesabına qurğunun iş müddəti 15 saata qədər arta bilər.

Planşetə “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi quraşdırılıb.
Qiyməti haqqında məlumat verilib.




 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL