waplog

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində elektron xidmətlərin göstərilməsi ilə əlaqədar işlər davam etdirilir


Cari ilin I rübü ərzində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində elektron xidmətlər göstərilməsi sahəsində də xeyli işlər görülüb.

Belə ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun  2011-ci il tarixli 147  nömrəli sərəncamının icrası ilə əlaqədar  müvafiq işlər davam etdirilir.

“İCTnews” elektron xidmətinin məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda bildirilir.
Görülən işlər çərçivəsində, elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron surətdə qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını təmin etmək üçün müvafiq tədbirlər görülüb.

Elektron poçt vasitəsilə komitəyə daxil olan və göndərilən bütün məktublar rəsmi “memar@arxkom.gov.az”  ünvanlı elektron poçtu vasitəsilə həyata keçirilir. Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görülür.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL