waplog

“Aztelekom.net”-in ADSL istifadəçilərinin sayı 36 minə çatdı


Azərbaycanda internetin inkişafının yeni mərhələsi başlayıb. Ölkənin bütün rabitə şəbəkəsinin elektronlaşması ilə genişzolaqlı internet xidmətlərinin tətbiqi əhalinin bu xidmətlərdən yetərincə istifadəsinə geniş imkanlar yaratmışdır.

Bölgələrdə istifadəçilərin mənafelərini nəzərə alaraq "Aztelekom" İstehsalat Birliyinin "Aztelekom.net" internet provayderi istifadəçilərə onları qane edən etibarlı və keyfiyyətli, genişzolaqlı texnologiya üzərindən internet xidməti göstərir.

Hazırda həyata keçirilmiş tədbirlər nəticəsində Birliyin “Aztelekom.net” internet provayderinin genişzolaqlı internet istifadəçilərinin sayı 36 minə çatıb. 
 Qeyd edək ki, hazırda bu abunəçilərin 400-ə yaxını kəndlərdədir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL