waplog

“Windows Phone” əməliyyat sistemi ilə işləyən ən ucuz smartfonun satışları başlanır


Gələn həftə "Windows Phone" əməliyyat sistemi ilə işləyən "Nokia Lumia 610" adlı ən ucuz smartfonun satışları başlanacaq. Model ilk əvvəl Asiya ərazisində, digər regionlarda isə ikinci rübdə satışa çıxarılacaq. Qurğu qara, mavi, al-qırmızı və ağ rənglərində təqdim edilib.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, "Lumia 610" smartfonunun qiyməti 189 avro təşkil edir.

"Nokia Lumia 610" smartfonu 800×480 nöqtə təsvir ölçülü 3,7 düymlü  ekran, 800 MHs takt tezliyində işləyən prosessor, 5 meqapikselli kamera, 8 QB daxili və 256 MB əməli yaddaş ilə təchiz edilib. Smartfonun ölçüləri 119×62×12 millimetr, çəkisi isə 132 qram təşkil edir.




 
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL