waplog

“Philips” şirkəti 20 il işləyə bilən lampa satır


ABŞ-da 20 il işləyə bilən lampa satışa çıxarılıb. Belə lampa “Philips” şirkəti tərəfindən hazırlanıb və onun əsasını işıq diodu tellərinin qeyri-adi konsepsiyası təşkil edir. Qeyd edim ki, 20 il fasiləsiz olaraq işləyə bilən lampanın qiyməti 60 dollar təşkil edir.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “Philips” şirkətindən verilən məlumata görə, onların hazırladığı lampa ABŞ-ın Energetika Nazirliyi tərəfindən keçirilən "İşıqlı gələcək" yarışmasında qalib olub. Bu yarış çərçivəsində iştirakçılara adi 60 vatlıq közərmə lampalarını əvəz edəcək təkmilləşdirilmiş lampalar yaratmaq təklif edilib.

Məlumat üçün bildirim ki, hazırda ABŞ, Avropa və Rusiyada 100 vatlıq  lampaların istehsalı qadağandır, 2012-ci ildə Avropa və ABŞ 60 vatlıq lampalardan imtina edəcək, 2014-cü ildən etibarən isə ABŞ-da 40 vatdan yuxarı lampaların istehsalı qadağan ediləcək.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL