waplog

Yeni elektron gömrük xidməti istifadəyə verilib


Yeni elektron gömrük xidməti istifadəyə verilib.  Dövlət Gömrük (DGK) Komitəsindən  “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətlərinin təşkili məqsədilə DGK-də genişmiqyaslı İKT layihələri tətbiq edilir.

Komitədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.

Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, Dövlət Gömrük Komitəsi sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.

Dövlət Gömrük Komitəsi bu yaxınlarda daha bir elektron xidmət – “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL